Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Uşağa maşın verənləri bu cəzalar gözləyir – VİDEO

Uşağa maşın verənləri bu cəzalar gözləyir – VİDEO

Ölkəmizdə qanunlar 18 yaşından aşağı şəxslərə avtomobil idarə etməyə icazə vermir. Buna baxmayaraq, bu gün yollarda 13, 14 yaşlı uşaqların da maşın sürdüyünü görmək olur. Bu isə bir çox halda problemlərə səbəb olur.

ARB TV-nin “Günə doğru” verilişində mövzu ilə bağlı maraqlı reportaj yayımlanıb.

Sakin: “Mənim yadımdadır, vaxtılə burada bir nəfər, 15 yaşında uşağa bahalı bir maşını vermişdi. Bağın başında idarə etməni itirdi, bir başa ağacın içinə girdi.

Sakin: “Nəinki özünə, başqasına da zərər yetirə bilər. Mən bunu valideynlərin məsuliyyətsizliyi kimi qəbul edirəm”.

Hüquqşünas Vamiq Şükürov deyir ki, 16 yaşına qədər uşaqlar maşın sürərkən saxlanılarsa, bu halda onlara heç bir cəza düşmür. Hətta avtomobillə qəza törədilsə, hadisə zamanı kimsə dünyasını dəyişsə belə, nə uşaqlar, nə də valideynlər üçün cinayət məsuliyyəti nəzərdə tutulmur. Bu halda yetkinlik yaşına çatmayan şəxsə avtomobil verənlər 180 manat cərimələnir və zərərçəkmişlərə kompensasiya ödənilir.

16 yaşa qədər uşaqlar avtomobillə ölümə səbəb olduğu zaman yalnız o halda cəzalandırıla bilər ki, hadisənin qəsdən törədildiyi sübut edilsin.

Sosioloq Cavid İmamoğlu düşünür ki, yetkinlik yaşına çatmayan uşaqlara avtomobil verilməsi cəmiyyətimizin problemidir və mübarizə üçün ən yaxşı vasitə insanların bilgilənməsidir. Onun sözlərinə görə, insanlarda təhlükəsizlik mədəniyyətinin formalaşması vacibdir.

Sosioloq deyir ki, bəzən valideynlər övladlarının xətrinə dəyməmək üçün onların hər istədiyini edir. Bununla isə uşaqlar ərköyünləşir, həm də özləri üçün təhlükə yaranır.

Cavid İmamoğlu – Sosioloq: “Mümkün qədər öz uşaqlarının qeydinə qalsınlar. Hər dediklərini, xüsusilə də o yerdəki uşaqların həyatı risk altındadır, eləməsinlər. Çünki uşaqlar yeniyetməlik yaşına çatanda, xüsusilə oğlan uşaqları belə şeylərə daha çox meyilli olurlar.

Problemdən çıxış yolu üçün mütəxəssislər cəzaların sərtləşdirilməsini də təklif edirlər. Vamiq Şükürovun fikrincə, yetkinlik yaşına çatmayanlara avtomobil verənlərin cəriməsini 180 manatdan artırmaq və bu cür uşaqları müəyyən müddətdə xüsusi təlim-tərbiyə müəssisələrinə göndərmək olar. Elə şəhər sakinləri də düşünür ki, belə hallarda məsuliyyət daha ağır olmalıdır.

Sakin: “13 yaşında uşağı rol arxasında otuzdurursan, 180 manat onun yanında nədir? Milyon versən o, uşağı qaytara bilməzsən.

İstənilən halda uşaqlara avtomobil vermək təhlükəlidir. Həm onların özü, həm də başqaları üçün. Buna görə də mütəxəssislər düşünür ki, yetkinlik yaşına çatmayanların yollarda avtomobil idarə etməsinə imkan verilməməlidir. Uşaqlara yalnız xüsusi yerlərdə avtomobil sürməyi öyrətmək lazımdır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın