Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Media / Ulduz Şokolad Fabriki Bakıdakı 2 saylı Uşaq Evini ziyarət edib

Ulduz Şokolad Fabriki Bakıdakı 2 saylı Uşaq Evini ziyarət edib

Azinforum.az-ın verdiyi məlumata görə, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Ulduz Şokolad Fabriki Bakıdakı 2 saylı Uşaq Evində bayram şənliyi təşkil edib. Fabrik rəhbərliyinin də iştirak etdiyi tədbirdə uşaqlar üçün əyləncəli və musiqili anlar yaşanıb.

Ulduz şokolad fabriki hər il olduğu kimi, bu il də valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqları yad edərək onlara müxtəlif hədiyyələr və gigiyenik vasitələr təqdim edib. Ümumilikdə 145 uşağın təhsil alıb yaşadığı bu məkanda uşaqlar üçün yaradılmış şərait həqiqətən də qürurverici və təqdirəlayiqdir. Azərbaycan müstəqillik dövründə uşaq hüquqlarının qorunması və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirib və keçirməkdə davam edir.

Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən təşkil olunan 1950-ci il iyunun 1-də “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı qəbul olunub. Həmin tarixi gündən iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Xatırladaq ki, Azərbaycan müstəqillik qazandıqdan sonra BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına qoşulub. Bu Konvensiyaya görə ailə uşağın sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühitdir. Bu baxımdan “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” səmərəli tədbirlərin həyata keçirilməsi və konkret müsbət nəticələrin əldə edilməsinə yönəldilib.

usaq1

usaq2

 

usaq3

 

usaq4

 

usaq5

 

usaq6

 

usaq7

 

usaq8

 

usaq9

Həmçinin oxuyun

“Associated Press” İlham Əliyevin xalqa müraciətindən yazdı

Nüfuzlu “Associated Press” nəşri Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat çərçivəsində əvvəlcə Ağdam, …

Bir cavab yazın