Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Media / Ukraynadan Azərbaycana gəlin köçən qadın evdən qaçdı — VİDEO

Ukraynadan Azərbaycana gəlin köçən qadın evdən qaçdı — VİDEO

Ukraynadan Azərbaycana gəlin köçən qadın 4 uşağı ilə birlikdə evdən qaçıb.

27 yaşlı qadını 4 uşağı ilə birlikdə evini tərk etməyə vadar edən isə həyat yoldaşının fiziki zorakılığı olub.

10 ildir evli olan Fatimə Xansevərovanın 4 uşağından üçü məktəbli yaşındadır. Lakin həyat yoldaşı istəmədiyi üçün onları məktəbə göndərə bilməyib. Hər gün bunun üstündə başlayan söz-söhbət qadının övladları ilə birilikdə evdən qaçmasına gətirib çıxarıb.

Qadın deyir ki, böyük övladı artıq 3-cü sinifdə oxumalıdır. Lakin atalarının qoyduğu məhdudiyyətə görə təhsildən yayınıb.

Fatimə Xansevərova Ukrayna vətəndaşıdır. Orda həyət yoldaşı ilə tanış olub və ailə həyətı qurduqdan sonra Bakıya gəlib. İndi tək istəyi övladlarının sənədlərini düzəldərək Ukraynaya qayıtmaqdır.

Qadın yoldaşını bağışlamayacağını bildirir. Onun tək istəyi övladlarının təhsil alıb bir peşəyə yiyələnməsidir. Ancaq hazırda Azərbaycan Uşaqlar Birliyinin sığınacağında reabilitasiya altındadır.

Sığınacaq direktorunun sözlərinə görə, yaxın vaxtlarda qadının sənədləri qaydasına düşərsə, o uşaqları ilə birlikdə Ukraynaya yola salınacaq.

 

Həmçinin oxuyun

ATV-nin prezidentindən İlkin Xəlilovla bağlı açıqlama

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) prezidenti Azər Xəlilov   sosial şəbəkələrdə telekanalın jurnalisti İlkin …

Bir cavab yazın