İnsanların sıx toplaşdığı yerlərdə cəmi 1,50 qəpiyə mal ətindən dönər satırlar . Halbuki, bazarlarda sümüksüz ətin bir kiloqramının qiyməti 12 manatdan başlayır. Peşəkar dönərçilər bildirir ki, bir kiloqram ətdən cəmi 10-11 dönər hazırlamaqın mümkündür. Bu isə 16 manat pul eliyir. Belə olduqda isə bu ətin haradan gətirlidiyi və nə üçün bu qiymətə satıldığı maraq doğurur…

Dönərlə bağlı dövlət standartıda mövcuddur. Standartlaşdırma Meterologiya və Patent üzrə dövlət komitəsinin sözçüsü Fazil Talıblının sözlərinə görə, hazırda sahibkarlıq obyektlərinə yoxlamalar dayandırıldığından ciddi əsas olmadan onların fəaliyyətinə müdaxilə etməyə və sahibkarı cərimələməy icazə verilmir.2018 ci ilin yanvarın 1-dən etibarən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu məsələlərə daha ciddi nəzarət ediləcək.