Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Ucarlılar Qubanın icra başçısından prezidentə şikayət etdilər…

Ucarlılar Qubanın icra başçısından prezidentə şikayət etdilər…

Saxtakarlığa məruz qaldıqlarını iddia edən bir qrup Ucar rayon sakinləri tərəfindən prezident İlham Əliyevə şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Üzləşdiyimiz özbaşınalıq ,qanunsuzluq barədə mətbuatda çıxış etmişik, ancaq hələdə haqqımıza sahıb ola bilmirik ki, bunada vəzifəli şəxslər imkan vermirlər.Öz maddi maraqlarına görə vətəndaşları üz-üzə qoyub kapital toplamaqla məşğul olan vəzifəli şəxslərin qanunsuz əməllərinə görə biz kasıb insanlar əziyyət çəkirik. 1997-ci iltarixdən qanunu qaydada aldığımız torpaq sahəmizi başqa şəxsə satıb, bizi əzaba-zülmə düçar ediblər. Beləki qanunu qaydada aldığımız torpaq sahəmizi imkanlı şəxslər, vəzifəli şəxslərlə əlbir olub saxtakarlıqla və rüşvət hesabına əlimizdən almaq istəyirlər.

Həmin torpaq sahəsini 1997-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə almışıq, 2005-ci il tarixdə Ucar bələdiyyəsindən qərar verilib və 2010-cu il tarixdə isə Dövlət Reyestri Xidmətinin 16- saylı Ərazi İdarəsindən çıxarış almışıq.Buna baxmayaraq qanunu torpaq sahəmizi 2014-cü il tarixdə Qasımov Etibar adlı imkanlı şəxsə küllü miqdarda rüşvətə tam qanunsuz olaraq satıblar. Bütün bu saxtakarlığı Ucar rayonunun sabiq icra başçısı hazırda Quba rayonunun İcra başçısı olan Yaşar Məmmədov etmişdir ki, bunun müqabilində küllü miqdarda rüşvət almışdır.Həmin torpaq sahəmizin yaxınlığında tikintisi yarımçıq qalmış 60 mənzilli 4 mərtəbəli 3 böyük yaşayış binası var idi.Həmin binanı inşa etdirib ehtiyacı olan ailələrin istifadəsinə vermək əvəzinə saxta sənədlərlə Etibat Qasımova satmışdılar.Bizə məxsus olan torpaq sahəmizidə saxta özəlləşdirmə zamanı həmin şəxsə satıblar”.

Daha sonra narazı ucarlılar dia.az-a yazırlar: “Dəyəri 500.000 manatdan çox olan həmin 4 mərtəbəli 60 mənzilli 3 böyük binanı cəmi 21 000 manata qiymətləndirib həmin şəxsə satıblar ki, bu cinayət faktıdır.Bu talançılığa Əmlak Komitəsi ilə əlbr olan İcra başçısı Yaşar Məmmədov rəhbərlik etmişdir.Prezident cənaqb İlham Əliyevin belə saxtakarlıqdan xəbəri yoxdur. Ancaq biz mətbuat vasitəsi ilə Prezidentə müraciət edib məlumat veririk.Cənab Prezident xahiş edirik araşdırın ehtiyac olduğu təqdirdə tikintisi yarımçıq qalmış 4 mərtəbəli 60 mənzilli 3 böyük binanın 21000 manata saxta sənədlərlə kiməsə satılmasına nə ehtiyac vardı ? Bu binanın tikintisini başa çatdırıb ehtiyacı olan gənc ailələrə verilməsi təqdirə layiq olardı ki, İcra başçısı Yaşar Məmədovla Əmlak Komitəsinin talançılarının iştahına qurban verildi.İndi həmin bina dağıdılıb, tikinti materialları satılıb , ərazisi xarabaya çevrilib. İndi isə isə bizə məxsus torpağımızıda əlimizdən almaq istəyirlər. Saxtakar vəzifəli şəxslərin məqsədi Etibar Qasımovdan aldıqları küllü miqdarda rüşvəti mənimsəmək olmuşdur.Hazırda isə Şirvan İnzibati-İqtisadi Məhkəməsində olan bu mübahisə üzrə ekspertiza keçirilməsi üçün sənədlər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.Etibar Qasımov isə rayonda bütün tanışlarına deyib ki, “artıq Məhkəmə Ekspertizası Mərkəzi ilə danışıb razılaşmışam mənim xeyrimə rəy veriləcək , Dövlət Əmlak Komitəsi də, rayon rəhbərliyidə məni müdafiə edir hər şey pulun başındadır”. Etibar Qasımov bu sözləri tanışlarının yanında tam əminliklə deyib.Həqiqətəndə belə oldu.30 İyul 2015-ci il tarixə saat 14;00 təyin edilmiş ekspertizaya ekspert gəlsədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 10 saylı ərazi idarəsi ekspertizada iştirak üçün nümayəndə verməkdən imtina etdi.Səhəri günü isə bizi çağırıb bildiridi ki, ekspertizanı biz özümüz keçirəcəyik.Biz bunun tam qanunsuz olduğunu bildirib buna etiraz etdik.Bu ciddi qanunsuzluqdur ki. Məhkəmə Eksperyizasının ekspert olmadan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 10 saylı Ərazi İdarəsi özbaşına ekspert keçirsin.Buna ona görə edirlər ki, öz cinayət əmələrinin üstünü saxtakarlıqla ört-basdır etsinlər”.

Narazı Ucar sakinləri dia.az-a daxil olan müraciətlərində belə davam edirlər: “Bildiririk ki, bu torpaq bələdiyyənin balansına verilib bizdə qanunu qaydada almışıq.Əgər bu torpaq bələdiyyənin deyildisə nə üçün bizə satıblar ? Nə üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti buna dair reyestr çıxarışı verilib ? Bəs həmin vaxtı niyə aşkar edilməyib ki, bu torpaq bələdiyyənin balansında deyil , dövlətin balansındadır ? Azərbaycanda bələdiyyələr 2009-cu il tarixdə yaranıb.Təbii ki, yeni yaradılmış bələdiyyələrin balansına torpağı dövlət ayırmalıdır və bizə satılan torpağıda dövlət qanunu qaydada Ucar bələdiyyəsinə ayırıb.Ucar bələdiyəsindən də həmin torpağı biz qanunu qaydada almışıq.Əgər həqiqətəndə həmin torpaq dövlət mülkiyyətində olsaydı bu kadastr planında və digər ölçü sənədlərində göstərilməli idi.Sadəcə olaraq vicdanını da pula satmağı özünə ayıb bilməyən vəzifəli şəxslər vəzifə səlahiyətlərindən sui-istifadə edib bizim torpaq sahəmizidə Etibar Qasımova satıb bizi üz-üzə qoyublar.Bu cinayət əməlidir.Harın məmur 500.000 manatdan çox dəyəri olan böyük binaları cəmi 21000 manata qanunsuz olaraq satırsa ondan bütün saxtakarlıqları gözləmək olar. Belələri vətənini də satar.

Cənab Prezident, Sizdən çox-çox xahiş edirik bu məsələni tam, hərtərəfli və obyektiv araşdırıb saxtakarlıqla dövlətin əmlakını talan etmiş vəzifəli şəxslərin barəsində qanunu tədbir görəsiniz. İmkan verməyin ki. harın vəzifəli şəxslərin saxta əməlləri dövlət qanunlarını tapdasın.

1) Kərimova Nigarxanım Oktay qızı
Ucar rayonu 416-cı Taqanroq küçəsi ev 4
2) Əliyeva Kütah Məhəmmədəli qızı
Ucar rayonu Gəraybəyli kəndi

3) Hüseynova Süsanə Yusif qızı
Ucar rayonu Nərimanov küçəsi ev 19

Bütün bu iddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın