Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Üç yaşınadək uşağını təkbaşına böyüdən valideynlər az işləyəcək

Üç yaşınadək uşağını təkbaşına böyüdən valideynlər az işləyəcək

Azərbaycanda 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün qısaldılmış iş vaxtı tətbiq edilib.

Bu, Prezident İlham Əliyevin “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləməsi ilə mümkün olub.

Qeyd edək ki, bundan əvvəl dövlət qulluğunda olan I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, hamilə və yaşyarımadək uşağı olan qadınlara və yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına həftədə 36 saat iş vaxtı müəyyən edilmişdi. Ancaq bundan sonra qanunda nəzərdə tutulan güzəşt 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə də şamil ediləcək.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın