Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Türkiyədə 98 yaşlı qəzet bağlandı

Türkiyədə 98 yaşlı qəzet bağlandı

Kağız qiymətlərinin bahalaşması ilə əlaqədar Türkiyədə 1920-ci ildən bəri nəşr olunan “Resmi Gazete” bağlanıb.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzetin yoluna onlayn versiya ilə davam etməsinə qərar verilib.

Qəzetin redaksiya heyəti başqa mətbuat orqanlarına göndərilib.

7 oktyabr 1920-ci ildə qurulan və ilk sayı 7 fevral 1921-ci ildə nəşr olunan qəzet bu qərarla “kağıza vida edib”.

Qəzetdə Türkiyə Böyük Millət Məclisi, prezident və baş nazir tərəfindən çıxarılan qərarnamələr, idarəçiliklə bağlı sənədlər, qanun və qərarlar yayımlanırdı. Səkkiz min tirajla nəşr olunan qəzet son dönəmdə iki min tiraja endirilmişdi.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …