Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Tülkü kəndə hücum etdi – VİDEO

Tülkü kəndə hücum etdi – VİDEO

Zaqatalada tülkü kəndə hücum edib.
Hadisə gecə rayonun Aşağı Tala kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Elnur Musayev  səhər saatlarında heyvanlara yem vermək məqsədilə toyuq hininə girdikdə gördüklərindən dəhşətə gəlib. Tülkü evin  divarından keçərək həyətə soxulub. 7 hindquşunu, 15-ə yaxın toyuğu boğaraq öldürüb və parçalayıb. Kənd sakinlərinin qənaətinə görə indiyədək həmin tülkü 100-ə yaxın toyuq-cücəni öldürüb. Ev sakini Elnur Musayev tələ qurmaq fikrinə düşüb. Axşam tülkü tələyə düşüb.
Ümumiyyətlə isə sakinlər kənddə vəhşi heyvanların və eləcə də sahibsiz itlərin sayının artmasından gileylənirlər. (Region TV)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın