Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Media / TQDK gəncləri təhsil müəssisələrinə yerləşdirməkdən imtina etməlidir – EKSPERT

TQDK gəncləri təhsil müəssisələrinə yerləşdirməkdən imtina etməlidir – EKSPERT

Moderator.az xəbər verir ki, tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov Sumqayıtda keçirilmiş bir tədbirlə bağlı aşağıdakı təəssüratlarını bölüşüb:

“İyulun 2-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sumqayıtda növbəti dərs ilindən 10-11 siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunmasına həsr edilmiş tədbir keçirilib. Mənim çıxışımın tezisləri: Çıxışımda nə etmişik sualına yox, nə etməliyik sualına cavab verməyə cəhd etdim və aşağıdakıları söylədim:

Niyyət fəaliyyətin ruhudur. Bugünkü tədbir Təhsil Nazirliyinin saf niyyətindən xəbər verir.
Müsəlman dünyasının iki nobelçi alimi- Əbdüs Səlam və Əhməd Zevayl müasir İslam dünyasında elmin və təhsilin niyə zəif olmasının səbəblərini araşdırıblar. Onların çox fikirləri bir birini tamamlayır və üst-üstə düşür. Elm təhsildən göyərir. Elm zəifdirsə, deməli, təhsil zəifdir.

a)Müsəlman dünyasında cəmi 500 universitet var. Təkcə Hindistanda 6000?!
Müsəlman Unversitetlərinin heç biri dünyanın 100 top universitetləri sırasında yoxdur.
b) müsəlman dünyasında gənclərin çox az hissəsi (100 dən 15-i) universitetlərdə oxuyurlar.
c) tələbələrin az bir hissəsi dəqiq və texniki fənləri öyrənirlər. Gənclərin böyük hissəsi humanitar sahədə təhsil alırlar.
Bugünkü dünyagörüşə görə həyatın mənası nəsli artırmaq, məqsədi isə xoşbəxt yaşamaqdır. İnsan xoşbəxt olur o zaman ki,ürəyincə olan işlə məşğul olur. TEST biliyi qiymətləndirmək üçün yaxşı vasitədir. Pis olan gəncləri zorən ürəyincə olmayan, xoşlamadığı ixtisaslara yerləşdirməkdir. Yerləşdirmə gənclərin xoşbəxliyini əlindən alır. Gənclər xoşlamadığı ixtisaları öyrəmirlər, vaxtların biliyə çevirmirlər, sinifdə mürgülüyürlər. Nəticədə aktiv yox, passiv kütləyə yetişir. İnzibatı yerləşdirmə bir tərəfdən xoşbəxtliyi əldən alır, digər tərəfdən gəncləri tənbəlləşdirir. Hesab edirəm ki, TQDK- gəncləri təhsil müəssisələrinə yerləşdirməkdən imtina etməlidir. Belə olanda gənclər istədikləri ixtisası öyrənməklə xoşbəxtliklərini təmin edərlər, oxumaqdan yorulmazlar və tənbəl olmazlar. Deməli, ixtisas seçiminin subyekti nə valideyin, nə universitetlər, nə də TQDK olmamalıdırlar. İxtisas seçiminin subyekti gənclərin özləri olmalıdırlar. Belə olan halda gənclər öz zaman resursunu biliyə çevirərlər. Savadlı toplum yaranar.”

Həmçinin oxuyun

Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi – Video

Bu gün dahi bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi …

Bir cavab yazın