Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Tovuzuda əhali yeni ticarət mərkəzinə niyə getmir? – FOTOLAR

Tovuzuda əhali yeni ticarət mərkəzinə niyə getmir? – FOTOLAR

170 min əhalisi olan Tovuzda hazırda iki bazar fəaliyyət göstərir. Sonuncu, müasir standartlara cavab verən bazar elə iki il əvvəl tikilərək rayon əhalisinin istifadəsinə verilib. Amma istifadə olunurmu? Məqsədimiz yeni bazardan danışmaq deyil.

Sadəcə köhnə alış-veriş mərkəzindəki vəziyyəti göstərməkdi. Bəli, yeni bazarın açılışı yüksək səviyyədə həyata keçirildi. Ancaq rayon əhalisi nədənsə buradan alış-veriş etmədi. Hətta yeni bazarda satıcılardan 2-3 aylıq yer pulu almayan rəhbərlik onların orda qalmasına nail ola bilmədi. Köhnə bazarda apardığımız müşahidələr göstərir ki, burada heç bir sanitar-gigiyenik qaydalara əməl olunmur, giriş- çıxışlardakı səliqəsizlik ucbatından addım atmaq olmur, polis nəzarəti də nəticə vermir. Qışın yağışında, yayın qızmarında bazarda sanki faciə yaşanır. Maşınların bərbad parklanmasından tutmuş, natəmiz süd, ət və balıq məhsullarının satıldığı piştaxtalar sözün əsl mənasında insanı bazardan “qovur”. Bazarın içi, kənarları uçulub-dağılmış, az qala zibilliyə çevrilmiş vəziyyətdədir. Üstəlik burada yüksək qiymətə nəzarət yoxdur, mənşəyi bilinməyən ət məhsulları da satılır. Və qəribədir ki, bu vəziyyət illərdi davam edir.

Məsələ ilə bağlı əvvəlcə köhnə bazarın satıcı və alıcıları ilə söhbət etdik. Satıcı (bazardan qovulma riskinə görə adını vermir) deyir: “Təzə bazar açılanda bir xeyli adam ora köçdü, oradakı şəraiti bəyəndi, amma nə billah etdiksə alıcılar ora yox, köhnə bazara üz tutdular. Rayon rəhbərliyi belə kəndlərdən gələn marşurutları bazarın içindən sürdürür ki, adamlar yeni bazara getsin , ancaq bu yenə uğursuzluqla nəticələndi. Mən və mənim kimi onlarla satıcı malını sata bilməyib 10-20 min manat ziyan etdi”
Başqa bir satıcı Təyyar Əliyev isə bunları dedi: “Satıcılar üçün orada yüksək xidmət təklif olunsa da, təkcə satıcılar yox, alıcılar da köhnə bazarın müdirinə sadiqiliyini subut etmək üçün yeni bazara keçmədi. Bir ara polislər köhnə bazara girişi bağlayıb qadağan etdi. Bu da mümkün olmadı”

Daha sonra bir neçə alıcı ilə söhbət etdik. Onların dediklərindən isə belə aydın oldu ki, elə satıcılar da köhnə bazarın rəhbərliyi ilə münasibətləri “pozmamaq” üçün buradan alış-veriş edirlər.

Ancaq yeni bazarın üst örtüyünün mükəmməlliyini, içinin beton örtüklə bağlanmasını, piştaxtaların yüksək standartlara uyğun olduğunu açıq şəkildə gördük. Bazarın rəhbəri Şükür Abbasov bildirdi ki, bazar rayon camaatının xidmətinə 2015-ci iyun ayının 7-si istifadəyə verilib. Bazar 7 hektar ərazidən ibarətdi. Bura ərzaq və qeyri -ərzaq malları üçün 600 piştaxta, ət və süd məhsullarının satışı üçün 350 kvadratmetr, dəmir və xırdavatların satışı üçün 2000 kvadratmetr anqardan ibarətdir. 24 saat fasiləsiz su və kanalizasiya ilə təmin edilib, internet və təhlükəsizlik kameraları ilə təchiz olunub. Bütün növ ət və süd məhsullarının yerində baytar müayinəsi həyata keçirilir. Hər 50 metrən bir zibil qutuları qoyulub. Bununla bağlı Tovuz rayon Mənzil Kommunal idarəsi ilə müqavilə var. Bundan başqa bazarın bütün obyektləri illik sığortalanıb. Üstəlik sahibkarlar bir illik icarə haqqı ödəmədən fəaliyyətə başlaya bilərlər. Rəsmi olaraq müqavilə də bağlanır. Hətda bazarda poçt şəbəsidə quruulub. Bazarın icraçı direktoru, Aqşin Cəfərovun satıcı və alıcıların bazara gəlməməsini köhnə bazar rəhbərliyinin əvvəlcədən ajiotaj yaradaraq burada guya sonradan yerlərin baha qiymətə verməsi ilə əlaqələndirdi. Məsələ ilə köhnə bazarın rəhbəri Teymur Bağırovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. O, zənglərimizə cavab vermədi .

Görünən odur ki, Tovuz sakinləri yeni bazara uyğunlaşa bilmir. Elə özlərinin də dediyi kimi, köhnə bazar sökülmədən yeniyə heç kim getməyəcək. (Musavat.com)

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın