Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Media / Tovuzda yağış dağ uçqununa səbəb oldu – VİDEO

Tovuzda yağış dağ uçqununa səbəb oldu – VİDEO

Yağış Tovuzda dağ uçqununa səbəb oldu.
ARB TV xəbər verir ki, aramsız yağan yağışlar Tovuzda dağ uçqununa səbəb olub.
Rayonun Qoşa kəndi ərazisində iri qaya parçaları yola tökülüb. Baş verən hadisə zamanı Tovuzdan  Böyük Qışlaq və Qoşa kəndlərinə gedən avtomobillərin hərəkətində müəyyən ləngimələr yaranıb. Dərhal aidiyyatı qurumlar məlumatlandırılıb. İri daşlar yoldan təmizlənib.
Kazım Kazımov – Sürücü: “Daşları götürüb qırağa atırıq ki, bizdən sonra gələn sürücülər narahat olmasın. Böyük daşları da buldozerlər təmizləyir”.
Hadisə baş verdikdən bir neçə saat sonra Tovuz-Böyük Qışlaq avtomobil yolunda hərəkət tam bərpa edilib.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın