Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Tovuzda şagirdlər 8 kilometr kənara getməyə məcburdur – VİDEO

Tovuzda şagirdlər 8 kilometr kənara getməyə məcburdur – VİDEO

Bir kənddə olan 2 məktəbin hər ikisi 11 illik tam orta təhsildən 9 illik natamam orta təhsilə keçir. Uşaqlara isə təhsillərini 8 kilometr aralıda yerləşən başqa məktəbdə davam etdirmək təklif edilir.
Tovuzun Alakol kəndində təhsil alan şagirdlərin valideynləri isə bu haldan narahatdır.
Tovuz Rayon Təhsil Şöbəsindən isə bildirildi ki, məktəblərin 9 illik sistemə keçirilməsi Təhsil Nazirliyinin tətbiq etdiyi şərtlərlə həyata keçirilir. Belə ki, infrastrukturu, müəllim kontingenti həmin şərtlərə uyğun olmayan təhsil ocaqlarında da növbəti ildən 9 illik sistemlə tədris aparılacaq.
Qeyd edək ki, hazırda Alakol kəndində iki tam orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə ümumilikdə 500-dən çox şagird təhsil alır.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın