Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Tovuzda müəllimləri sahələrdə işlədirlər

Tovuzda müəllimləri sahələrdə işlədirlər

İndiyədək kartofu, üzümü ilə tanınan Tovuz rayonda bundan sonra tütün də yetişdiriləcək. Bu il rayonda 50 hektarda tütün əkilib. Bildirək ki, əvvəllər də Tovuzda tütün becərilib. Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından da tütünçülüyün genişləndirilməsi yaxşı perspektivlər vəd edir. Bunu qeri-neft sektorunun inkişafı ilə bağlı müşavirədə ölkə rəhbəri də xüsusi olaraq qeyd etmişdi. Amma cumhuriyyet.az-a Tovuz rayonunda tütünçülüklə bağlı maraqlı məlumat daxil olub. Belə ki, Tovuz rayonundan verilən məlumata görə, orta məktəb və bağça müəllimləri tütün ştili əkməyə cəlb olunub. Bu işdən imtina edən müəllimlər isə işlərindən kənarlaşdırılmaqla təhdid edilir.
Onu da bildirək ki, Tovuz rayon rəhbərliyində hazırda gərginlik yaşanır. Belə ki, bir müddət öncə icra başçısının müavini-sağ əli, həm də yaxın qohumu müəmmalı şəkildə iş otağından aparılıb…

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın