Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Tovuzda borca görə məktəbin də işığını kəsiblər… – ŞİKAYƏT VAR

Tovuzda borca görə məktəbin də işığını kəsiblər… – ŞİKAYƏT VAR

DİA.AZ: – İsa kəndi Tovuzun dağ kəndlərindəndir. Bəlkə elə ona görədir ki, diqqətdən kənarda qalıb. Məktəbdə istər təhsil, istərsə də digər problemlər kənd ictimaiyyətinin qınağına çevrilib. Məktəb binası müasir tipli olmaqla, məktəbdə kombi sistemi quraşdırılıb. Amma istilik sisteminə qaz qoşulması müşgülə dönüb. Hətta, borc olduğundan enerji xətti də kəsilib. Bu barədə DİA.AZ-a yazan sakinlər bildirir ki, məktəbin direktoru Nazim Əliyevi yalnız “qaz vurub, qazan doldurmaq” maraqlandırır.

Daha sonra dia.az-a daxil olan məqalədə deyilir: “Nazim Əlievə “qaşın üstə qaran var” deyən də yoxdur. Maraqlıdır, ixtisasca baytar olan Heyran xanım məktəbdə psixoloq ştatını tutub. Çünki psixoloq direktorun bacısı qızıdır. Onu da bildirdilər ki, direktorun qardaşı oğlu Araz müəllim və yaxın qohumu Vəfa müəllimə Bakıda yaşasalar da, məktəbin “fəal” müəllimlərindəndir.

Məktəbdə 110 şagird, 18 müəllim olsa da, şagirdlərin 60, müəllimlərin isə 50 faizi məktəbə gəlmir. Biz elə başa düşdük ki, yəqin dərsə, işə davamiyyət məktəbdə istiliyin olmaması ilə bağlıdır.

Təhsil ocağında olarkən 11-ci sinfi də müşahidə etdikl. Dil-ədəbiyyat müəllimi Afiq müəllim sinifdə 7 nəfər şagirdə dərs deyirdi. Müəllim və şagirdlərin geyimini görəndə elə bildik ki, Sibirə gəlmişik.

Onu da öyrənə bildik ki, 11-ci sinf şagirdləri Tünzalə Zeynalova, Sevinc Nadirli, Toğril Laçınov, 10-cu sinif şagirdi Rifan Zeynalov Bakı şəhərində yaşasalar da, İsa kənd məktəbinin şagirdləridir. Bəlkə Bakı şəhərində yaşayan müəllimlər elə Bakıdaca şagirdlərə dərs deyirlər? Nə deyirik, təki belə olsun! Əsas odur ki, balalarımız nəsə öyrənə bilsinlər…

Məktəb direktorunun məktəbdə çox az görünməsi onsuz da çox rüsvayçılıqdan xəbər verirdi. Dərs jurnallarındakı qaralamalar, səliqəsizlik direktorun yerində olmamasının sübutu idi. Bir də dedilər ki, direktor bu gün rayon mədəniyyət şöbəsinə gedib. Elə başa düşdük ki, yəqin hansısa tədbir var. Sonra məlum oldu ki, Nazim Əliyev həyat yoldaşının yerinə gedib. Direktorun həyat yoldaşı Pakizə Əliyeva kənd klubunda işlədiyindən Nazim Əliyevin işi bir az da ağırdır. Axı, hər vaxt bağlı qalan klubun da hərdən havası dəyişməlidi…

İsa kənd orta məktəbində baş verənlərlə bağlı təhsiıl şöbəsinin müdiri Validə Hüseynovanın qəbuluna düşmək istədik. Iki mühafizəçini birtəhər keçsək də, 3-cü müahafizəçi müdirin sağ əli, məsul işçi Fikrət müəllimlə üz-üzə dayandıq. Fikrət müəllim bildirdi ki, “ müdir nazirlə danışır. O, danışanda səhərə qədər danışacaq”.

Başa düşə bilmirik. Doğurdanmı prezidentin dövlət məmurlarına verdiyi tapşırıqlar hələ də Tovuz təhsilinə çatmayıb? Bizim üçün maraqlıdır: Tovuz Rayon Təhsil Şöbəsi, görəsən vətəndaşların üzünə niyə bağlı olur?

Tovuz RİH-nin başçısı Tofiq Zeynalov kimiləri nə vaxta qədər Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə əməl etməyəcək? Adicə rayon təhsilində yaratdığı anarxiya və özbaşınalıq, təhsilin müdiri Validə Hüseynovanın özünü nazir kimi aparması hansı müstəviyə sığır?

Qarşı tərəfin də fikrini dinləməyə hazırıq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın