Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Media / Tovuz təhsilində rüsvayçılıq: İki tələbənin əlil atasını məhv edirlər

Tovuz təhsilində rüsvayçılıq: İki tələbənin əlil atasını məhv edirlər

Tovuz Rayon Təhsil Şöbəsində ciddi özbaşınalıq halı baş verib.

Belə ki, 26 ildir bu qurumda metodist vəzifəsində çalışan Asif Axundovun aldığı maaş yarıya endirilib. İş saatı yarımştata endirilən Asif Axundov redaksiyamıza  şikayət edib.

Modern.az saytına müraciət edən şikayətçi, vəzifəsinin yarımştata endirilməsinin əsasız yerə həyata keçirildiyini deyib.

“Bu ilin mart ayının 15-i Tovuz rayon Təhsil Şöbəsi tərəfindən  heç bir xəbərdarlıq olmadan mənim iş saatımı yarımştata endiriblər. Halbuki, Əmək Məcəlləsində də qeyd olunur ki, belə məsələlərdə 2 ay əvvəlcədən xəbərdarlıq olunmalıdır. Həmçinin mənə də belə xəbərdarlıq olunmalı idi ki, ya yarımştata endirilsin, ya da işdən azad edilsin. Amma mənə belə xəbərdarlıq olunmayıb. Heç əmrin surətini də ala bilmirəm ki, baxıb görüm orada nə yazılıb. Bir sözlə, bütöv ştatımı əsassız olaraq yarımştat ediblər.

Bununla bağlı Tovuz rayon Təhsil Şöbəsinə müraciət etmişəm. Müraciət etdiyim yerlərdən mənə deyirlər ki, bu, Təhsil Şöbəsinin müdirinin əmri əsasında həyata keçirilib. Digər tərəfdən, mənə deyilir ki, əliliyə görə işimdən uzaqlaşdırıblar.

Əmri verən Təhsil Şöbəsinin  müdiridir. Qəribəsi odur ki, müdirin bacısı qeyri-qanuni olaraq metodist götürülüb. O, Mədəni Marif Texnikumunun və Qazax Müəllimlər İnstitutunun saxta diplomu ilə çalışır. Onun ştatını qorumaq üçün məni qurban verirlər. Hazırda ortada qalmışam. 26 ildir ki, metodist vəzifəsində çalışıram. Heç vaxt ağlıma da gəlməzdi ki, məni bu işdən uzaqlaşdıralar. Bakı Dövlət Universitetinin 2 fakültəsini-Mexanika riyaziyyat və Psixologiya fakültəsini bitirmişəm.

Həyat yoldaşım müəllimə işləyir. 250 manata yaxın əmək haqqı alır. İki tələbə oxuduram. 668 bal toplayan qızım Tibb Universitetində təhsil alır. Oğlum da Bakı Dövlət Universitetinin Tarix fakültəsində  oxuyur. Oğlum təhsilini yarımçıq qoyub rayona gəlmək məcburiyyətində qalıb. O, kənddə fiziki əməklə məşğul olub, bacısının təhsil almasına şərait yaratmaqla özünün sonradan təhsil almasını gözə alıb. Övladlarımı maddi cəhətdən təmin edə bilmirəm. Özüm də insult keçirmişəm. Müalicə olunmağa maddi imkanım yoxdur. Yüksək balla universitetlərə daxil olmuş övladlarımın təhsil almalarına şərait yarada bilmirəmsə, demək mən yoxam, mən məh olmuşam”.
Şikayətçi deyir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  teleqram vurub: “Təhsil Nazirliyinə də müraciət etmişəm. Bu gün 5-in yarısı İnsan Resursları Şöbəsində məni qəbul edəcəklər” .

Asif Axundov bildirir ki, indiki dövrdə orta ümumtəhsil müəssisələrində psixoloqlara böyük ehtiyac duyulsa da, rayon Təhsil Şöbəsində bu məsələyə etinasız yanaşırlar:
“Hətta bir neçə məktəbdə psixoloq işləyən müəllimlərin adı var, özləri yoxdur. Bu məsələyə Təhsil Şöbəsində cavabdeh olan şəxs kimi bunu tam məsuliyyətimlə deyirəm və sübut etməyə də hazıram. Məndə məlumat var ki, həmin adamların maaş kartı Təhsil Şöbəsinin müdirinin bacısındadır.

Bir məsələni də vurğulamaq istərdim. Məni əllilliyimi əsas gətirərək işdən kənarlaşdırırlar. Ancaq fiziki imkananları işləməyə imkan verməyənlər Təhsil Şöbəsinin rəhbərinin yaxınıdırsa, onlara hər məsələdə yaşıl işıqdır. Bu ayrı-seçkiliyi nəylə izah edə bilərlər?

Ümid edirəm ki, müvafiq qurumlar iki tələbə oxutduğumu və haqsızlıqla üzləşdiyimi nəzərə alaraq ədaləti bərpa edəcəklər”.

Həmçinin oxuyun

Hacı Nuran ATV-dən getdi

Aparıcı Hacı Nuran Hüseynovun ATV-də apardığı “Həyat” layihəsi yekunlaşıb. Axşam.az xəbər verir ki, o, bundan …

Bir cavab yazın