Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Tovuz sakini: “Oliqarxlar torpaq sahəmi əlimdən almaq istəyir”

Tovuz sakini: “Oliqarxlar torpaq sahəmi əlimdən almaq istəyir”

Azərbaycanda hələ də torpaq mübahisələri bitmək bilmir. Çox tez-tez bu və ya digər torpaq sahəsi üstündə məhkəmə çəkişmələrinin şahidi oluruq.

Lakin sizə danışacağımız bu əhvalat hüquqi nonsensdir. Bu dəfə torpaq mülkiyyəti barədə bütün sənədləri olan vətəndaşı heç bir mülkiyyət hüququ olmayan insan məhkəməyə verir.

Bu günlərdə Legion.az saytına Tovuz rayonundan Cəmaləddin Qasımzadə müraciət edib. O bildirib ki, 2007-ci ildə Tovuz Bələdiyyəsindən 4 sot torpaq sahəsi alıb.“Alqı-satqı tamamilə qanuni əsaslarda baş verib. Mən pulu bələdiyyənin hesabına yatırdım. Bələdiyyə də öz növbəsində bu torpağı mənim mülkiyyətimə verdi”, – deyə C.Qasımzadə bildirib.

Onun sözlərinə görə, qonşuluqda “Azərittifaq” nəzdindəki un məmulatları kombinatının torpaq sahəsi yerləşirdi.

“Bir hektar və iki sot torpaq sahəsi Bakı sakini Azər Əliyev tərəfindən özəlləşdirilmişdi. Sonra, o, öz torpağını başqalarına satdı. 2015-ci ildə isə Azər Əliyev İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək, mənim Bələdiyyə ilə alqı-satqı müqaviləmi ləğv etdirməyi və məni mülkiyyət hüququndan məhrum etməyi tələb etdi. Onun iddiasına görə, mənim torpağım onun “Azərittifaq”dan əldə etdiyi torpaq sahəsinin bir hissəsi idi və Tovuz Bələdiyyəsi bu torpağı mənə satmaq hüququna malik deyildi. Amma bu, ağ yalandır. Xüsusi ekspertiza aparılıb və sübut olunub ki, mənə aid olan torpaq sahəsinin “Azərittifaq”dan alınan torpaq sahəsi ilə heç bir əlaqəsi olmayıb”, – deyə C.Qasımzadə qeyd edib.

“Stop. Amma siz özünüz bizə dediniz ki, Azər Əliyev ona aid torpaq sahəsini satıb. Onda hansı əsasla sizə qarşı iddia irəli sürür?” – deyə soruşduq.“Gəncə İnzibati-İqtisad Məhkəməsi qərar verdi ki, Azər Əliyev mənə məxsus torpaq sahəsinə iddia etmək haqqına malik deyil. Onda Azər Əliyev Gəncə Apellyasiya Məhkəməsinə müraciət etdi. Gəncə Apellyasiya Məhkəməsi isə qərar qəbul etdi ki, birinci instansiya Azər Əliyevin subyektiv mülkiyyətin hüquqlarını pozub”, – deyə C.Qasımzadə cavab verib.Azər Əliyev öz torpaq sahəsini başqasına satdığı halda, hansı əsasla Cəmaləddin Qasımzadənin torpaq sahəsinə iddia edir?Və niyə torpağın qaytarılması iddiası 2015-ci ildə, onun özəlləşdirilməsindən 8 il sonra qaldırılıb?

Bu sualları biz Azər Əliyevin özünə də verdik. Amma təəssüf ki, Azər Əliyev bizimlə danışmaqdan imtina etdi.C.Qasımzadənin fikrincə, ondan torpaq sahəsini almaq istəyənlər var.“Mənim torpağım qonşuluqda böyük bazar tikən oliqarxların xoşuna gəlib. İndi isə onlar mənim mülkiyyətimi əlimdən almaq istəyirlər. Amma bu onlarda alınmayacaq”, – deyə C.Qasımzadə bildirib.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın