Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Torpaqları qanunsuz satan və icarəyə verən bələdiyyələrin adları açıqlandı – SİYAHI

Torpaqları qanunsuz satan və icarəyə verən bələdiyyələrin adları açıqlandı – SİYAHI

Azərbaycanda 2016-cı ildə torpaqların qanunsuz satışı və icarəyə verilməsi ilə məşğul olan bələdiyyələrin adları məlum olub.

“Report” xəbər verir ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə bildirilib ki, bələdiyyələrlə bağlı yol verilən cinayət xarakterli faktların çoxu torpaq qanunvericiliyinin pozulması və maliyyə vəsaitinin qanunsuz xərclənməsi ilə bağlıdır.

İllik məruzədə inzibati araşdırma nəticəsində aşkar edilmiş pozuntu faktları əksini tapıb.

Bu sıraya Bakı şəhəri Sabunçu bələdiyyəsində 900 min manata yaxın pul vəsaitinin qanunsuz silinməsi və minimum bazar qiyməti 1.5 milyon manatdan çox olan 3.8 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyət hüququ tanınmadan və müvafiq icra hakimiyyəti orqanlarının rəyləri olmadan 81 min manata satılması, Qala bələdiyyəsində 60 min manata yaxın pul vəsaitinin qanunsuz xərclənməsi, bələdiyyənin mülkiyyət hüququ tanınmadan, müvafiq icra hakimiyyətləri orqanlarının rəyləri olmadan minimum bazar qiyməti 535 min manata olan 5.4 ha torpaq sahəsinin 87 min manata satılması, 12 ha torpaq sahəsinin qanunsuz icarəyə verilməsi və icra haqqının yığılmasının təmin edilməsi, Abşeron rayon Qobu bələdiyyəsində 900 min manatdan çox pul vəsaitinin qanunsuz silinməsi və satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid 20 ha torpaq sahəsinin satılması, Qusar rayonu Samur bələdiyyəsində satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 66.5 ha torpaq sahəsinin bələdiyyənin qərarları ilə 9 min manata satılması, eyni kateqoriyalı 30 ha torpaq sahəsinin isə həqiqiliyi şübhə doğuran sənədlərlə xüsusi mülkiyyətə keçirilməsi, Şamaxı rayonu üzrə Dədəgünəş, II Cabanı, Keçməddin və Həmyəli bələdiyyələrində satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid ümumilikdə 205 ha torpaq sahəsinin 131 min manata satılması, Göygöl rayonu Zurnabad bələdiyyəsində cari hesabdan təkbaşına, iclas qərarı olmadan abadlıq işləri adı ilə 75 min manat və başqa xərclər adı ilə 24 min manat pulun nağd qaydada götürülməsi və həmin vəsaitlərin xərclənməsini təsdiq edən sənədlərin olmaması, bələdiyyə büdcəsinə 128 min manat ziyan vurulması, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsində hərrac və ya müsabiqə qaydaları pozulmaqla bələdiyyə iclasının qərarı olmadan 22 ha torpaq sahəsinin icarəyə verilməsi, 7 100 manat icarə haqqının bələdiyyə büdcəsinə ödənilmədən təmin edilməməsi faktlarıdır.

Bələdiyyə aktlarının hüquqi ekspertizası nəticəsində 6.370 ha torpaq sahəsinin icarəyə, 12 ha istifadəyə, 305 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə qanunsuz olaraq verilməsi müəyyən edilib və həmin qərarlar nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr və iddia əsasında məhkəmələr tərəfindən ləğv edilib. Müraciətlər əsasında aparılan araşdırmaların nəticəsində qanunsuz ayrılmış 1.673 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb. Bütövlükdə 8.359 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb. Bələdiyyə mülkiyyətinə qaytarılan torpaq sahələrinin həcmi 2015-ci illə müqayisədə 6 dəfə artıb. Onlar 8.816 ha qanunsuz icarəyə, 205 ha qanunsuz xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri olub.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın