Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Media / Torpaq sahələrindən istifadəylə bağlı yeni qaydalar

Torpaq sahələrindən istifadəylə bağlı yeni qaydalar

Nazirlər Kabineti “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarında dəyişiklik edib.

Xezerxeber.com xəbər verir ki, Baş nazir Artur Rasizadənin imzaladığı sənədə əsasən, qurumun “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”sinin 4-cü hissəsinin yeddinci abzası ləğv edilib.

Həmin abzasa əsasən, torpaqların kəmiyyəti, keyfiyyəti və onlardan istifadə haqqında hesabatlar torpaq qanunvericiliyində müəyyən edilmiş qaydada baxılır və təsdiq edilirdi.

Qərar “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6-cı bəndinin icrasını təmin etmək məqsədi qəbul olunub.

Həmçinin oxuyun

Azərbaycanlı bloqer Rusiyada saxlanıldı

Azərbaycanlı bloqer Elvin İsayev Rusiyanın Sankt-Peterburq şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.  Belə ki, …

Bir cavab yazın