Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / “TikTok” videoların müddətini 10 dəqiqəyədək artırdı

“TikTok” videoların müddətini 10 dəqiqəyədək artırdı

“TikTok” qısa videolar platforması olaraq işə başlasa da, indi tədricən bu statusdan uzaqlaşır.

Belə ki, şəbəkə videoların maksimum müddətini 10 dəqiqəyədək artırıb.

“TikTok” rəhbərliyi qeyd edib ki, videoların müddətinin artırılması bütün dünyada istifadəçilər üçün daha da yaradıcı imkanlar açmalıdır. Bəzi insanlara bu xəbər artıq tətbiqdaxili bildiriş kimi göndərilib.

Ekspertlər bildiriblər ki, daha uzun məzmun “pul qazanmağı asanlaşdırır” və insanları platformada daha uzun müddət saxlayır.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …