Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Tikinti şirkətlərinin növbəti fırıldağı – SOS

Tikinti şirkətlərinin növbəti fırıldağı – SOS

Tikinti şirkətləri yeni inşa olunan binalarda mənzilləri pəncərələrlə təmin etməlidir. Ancaq əksər hallarda mənzillərə qoyulan pəncərələr keyfiyyətsiz olduğu üçün ev alanlar əlavə bir neçə min manat xərcə düşüb onları dəyişməli olurlar. Əməkdaşlarımız problemi araşdırıb.

Tikinti şirkətləri mənzil satarkən müqavilədə onun pəncərələrlə də təchiz olunduğunu yazırlar. Ancaq bir çoxları mənzil alandan sonra pəncərələri dəyişməli olur. Bu isə əlavə bir neçə min manat xərc deməkdir.

Ekspertlər bildirir ki, bu vəziyyətin yaranmasının səbəbkarı tikinti şirkətləridir. Onlar pəncərə quraşdıran şirkətlərlə bazar qiymətlərindən 2-3 dəfə ucuza razılaşırlar. Nəticədə material keyfiyyətsiz, görülən iş isə yöndəməsiz olur.

Bir evin pəncərələri ümumilikdə təxminən 2 – 3 min manata başa gəlməli olsa da, tikinti şirkətləri bunu maksimum min manata həll edir. Nəticədə 100 mənzilli bir binada tikinti şirkəti təxminən 100- 150 min manat az vəsait xərcləyir. Əslində isə həmin pulu alıcıdan alır. Tikinti şirkətlərinin bu məsələdə müştəriləri aldatmaması üçün ekspertlərin tövsiyələri var.

Əgər vətəndaş mənzili rəsmi surətdə ödəniş edib almazdan əvvəl pəncərələrdə nasazlıq aşkarlıyırsa şirkətdən onları düzəltdirməyi tələb etməlidir. Yox əgər artıq alqı-satqı prosesi başa çatıbsa, belə halla rastlaşarkən məhkəmə qaydası ilə dəyən zərərin ödənilməsinə çalışa bilər. (Xəzər tv)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın