Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Manşet / “Tik-tok”u bağlayaq, yoxsa ondan düzgün istifadəni öyrənək?

“Tik-tok”u bağlayaq, yoxsa ondan düzgün istifadəni öyrənək?

Sərhədlərimizdə birgünlük lokal müharibənin getdiyi vaxtda informasiya ilə necə davranmaqla bağlı bəzi qurumların yalnız jurnalistlərə məsləhət vermələrinə etiraz məzmunlu status paylaşdım.

Həmin statusu şərh bölümündə təkrar paylaşacam. İstəyənlər səhifəmdə bir az aşağı enməklə həmin yazını görə bilər. Sözügedən yazımda hərbçilərə smatfondan istifadəyə qadağanın qoyulmasının zəruriliyini qeyd etmişdim. Niyəsini daha detallı yazmamışdım.

Çünki hərbi əməliyyatların davam etmə ehtimalı vardı. Bu gün görürəm ki, bəzi həmkarlarımız DTX və Müdafiə Nazirliyinə buna bənzər mahiyyətdən doğan şikayət ünvanlayıblar. Deməli, mənim zamanında yazdığım xüsusatlar öz təsdiqini tapmış olub. Həmin müraciətlərin ilkinə imza atan müəlliflərdən biri öz statusuna bu cümlə ilə başlayır: “Azərbaycanda çox poulyar olan “Tİk-tok”…”

Ardınca bütün günahları sözügedən sosial şəbəkənin üzərinə atmaqla, onun Azərbaycanda bağlanmasını tələb edir. Gəlin, məsələyə bir qədər ayıq başla yanaşaq. Müraciət müəllifinin özü “Tik-Tok”un Azərbaycanda çox pupulyar olduğunu etiraf edirsə, onda niyə həmin şəbəkə ilə düzgün işləməyi deyil, onun bağlanılması tələb edilir?

Müraciət müəllifi hansı məntiqə əsaslanaraq belə qənaətə gəlir ki, “Tik-tok” olmasa, həmin videolar alternativ sosial şəbələlər sayılan “Teleqram” “İnstaqram” və ya “Feysbuk”da paylaşılmayacaq? Bəlkə, oralarda bir düyməni basmaqla istənilən videonu paylaşmaq və ya canlı yayım açmaq funksiyası ləğv olunub?

Deməli, biz aləti yox, onunla yanlış davranan şəxsləri təmbeh etməliyik. Doğrudan da hər bir sosial şəbəkəni biz bıçaqla müqayisə edə bilərik. Cinayətkar bıçaqdan adam öldürmək üçün bir alət kimi istifadə edir, həkim isə həmin bıçaqla cərrahiyyə əməliyyatı edib, xəstəyə şəfa verir.

Bundan əlavə, əgər problemlər yalnız “Tik-tok”dan qaynaqlanırsa, onda niyə bütün rəsmi qurumların, hətta Prezidentin də sözügedən şəbəkədə rəsmi səhifələri var? Əxlaqi dəyərlərə gəldikdə isə heç bir sosial şəbəkənin oradan qeydiyyatdan keçən istifadəçinin hansı keyfiyyətlərin daşıyıcısı olduğunu müyyənləşdirmək imkanı yoxdur. Elə olsaydı, sosial şəbəkələrin istifadəçi sayı milyard nəfərlərlə ölçülməzdi.

Bəyəm “Feysbuk”da az əxlaqsızlıqların şahidi olmuşuq? Kameraların qarşısında cəmiyyətdə mövqe sahibi olan kişiləti soyundurub çəkən qızlar burada at oynatmırdı? Yadımdadır, 10-12 il bundan qabaq hətta “Feysbuk”da çox vaxt keçirən kişilərə qarşı bir az fərqli yanaşma vardı.

Yarı zarafat, yarı gerçək deyirdilər ki, kişilər ora qız “tutmaq”, boş vaxt keçirmək üçün girir. Bu gün “Feysbuk” nisbətən ciddi görkəm alıbsa, ondan istifadə edən ziyalılarımızın hesabına olub.

Böyük bir təbliğat platformasından imtina çıxış yolu deyil. Ondan düzgün yararlanmağı bacarmalıyıq! Müdafiə Nazirliyi şəxsi heyətdən xidmətdə istifadəsi qadağan olunan smartfonları yığışdıranmırsa və onlarla çəkilən videolar bizim əleyhimizə işləyirsə, burada yazıq “Tik-Tok”un nə günahı var?

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Yeni təyin olunan xanım nazir müavininin ertotik rəqs görüntüsü – VİDEO

Sosial şəbəkələrdə Gənclər və idman nazirinin müavini təyin olunan Marina Vasilevanın erotik rəqs etdiyinə dair …