Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Texniki Universitetdə sessiya bazarlığı

Texniki Universitetdə sessiya bazarlığı

Son vaxtlar rüşvət yığımlarına dair ölkənin müxtəlif ali təhsil müəssisələrindən daxil olan şikayət ərizələrinin sayında bir artım müşahidə olunmaqdadır. O cümlədən aldığımız açıqlamalarda Azərbaycan Texniki Universitetində bu xüsusda vəziyyətin olduqca gərgin olduğu bildirirlir. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 4 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır. Azərbaycanın aparıcı ali təhsil ocaqlarından biri kimi müasir tələblərə uyğun bakalavr və magistr hazırlığı üçün güclü professor-müəllim heyətinə və müvafiq maddi-texniki bazaya malikdir. Hazırda universitetdə elm və texnikanın müxtəlif sahələrini əhatə edən 26 istiqamətdə 70 ixtisas üzrə yüksək səviyəli mütəxəssis və elmi kadrlar hazırlanır. Lakin bu günlərdə redaksiyamıza daxil yeni məlumatlarda AzTU-nun bəzi fakültələrində yer almış neqativ hallara dair açıqlamalar təqdim olunur. Belə ki, iddialara görə hazırda universitetin Nəqliyyat fakültəsində anlaşılmaz vəziyyət yaranıb. Universitetin tələbələri mətbuata müraciət edərək bildiriblər ki, dekan Fazil Həsənov bütün fakültə tələbələrindən hər imtahana görə 150 manat tələb edir. Tələbələrin bildirdiyinə görə dekan öz tələbində çox qəti və konkret olub. Əks təqdirdə tələbəninin bilik səviyyəsi nəzərə alınmır və tələbə kəsilir. Mənbənin məlumatına görə, tələbəninin bilik səviyyəsindən asılı olmayaraq hər bir tələbənin hər imtahana görə 150 manat verməsi tələbi tələbələri oxumağa həvəsdən salır. Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsində təqribən min nəfər tələbə təhsil alır və tələbələr ötən semestrdə kütləvi şəkildə imtahanlardan kəsiliblər. Yəni faktiki olaraq məlumata görə hər bir tələbə bu semestrdə Fazil Həsənova 750 manat ödəmək zorunda qalıblar. Tələbələrin məlumatına görə, ümumilikdə Nəqliyyat fakültəsinin dekanı Fazil Həsənovun bu semesterdəki gəliri təqribən 750 min manat ola bilər. Qeyd etmək lazımdır ki, Nəqliyyat fakültəsi AzTU-nun əsas fakültələrindən biridir. 2001-ci ildən fakültəyə “Materialların müqaviməti” (indiki “Texniki mexanika”) kafedrasının dosenti Fazil Həsənov rəhbərlik edir. Hazırda fakültənin professor-müəllim kollektivini 55 nəfərdən ibarət heyət təşkil edir. Qəzetimizə daxil olan məlumata görə, bir müddət əvvəl müəyyən səbəblərdən rüşvət yığımını təxirə salmaq məcburiyyətində qalmış fakültə dekanı bunun özünəməxsus formada həyata keçirməyə başlayıb. Mənbənin verdiyi açıqlamaya görə, Fazil Həsənov tələbələrdən pul almaq məsələsini dayandıraraq, onların böyük bir qisminin imtahanlardan “kəsilməsinə” nail olub. Mənbə qəzetimizə bildirir ki, hal hazırda universitetdə durum kifayət qədər ağır və qarığıqdır. Belə ki, tələbələr yeri gəldi, gəlmədi kəsilmələrinin haqsızlıq olduğunu artıq rektorluğa çatdıraraq, buna etirazlar edirlər. Məlum olduğu kimi bu gün bir çox ali təhsil ocaqlarında inzibati metodlarla rüşvətin yığışdırılması mümkün deyil. Həmin universitetlərdə korrupsiya ilə mübarizənin sadəcə görüntüsünü yaradan rəhbərlik isə bu yolla tələbələrin narazılığını yatırmağa çalışır. Hərçənd bunun bəzi hallarda effekt verdiyini görmək mümkün olsa da, bir çox hallarda tam əks-effekt verməsinin də şahidi oluruq. Belə hallara yol verilməsi isə şübhəsiz tələbə-müəllim münasibətlərinindaha da gərginləşməsinə gətirib çıxaracaq ki, hazırda Azərbaycan Texniki Universitetində bunun üçün zəmin yaradıldığı göz qabağındadır…

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın