Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Temperatur düşəcək, yağış və dolu yağacaq… – Nazirlikdən hava xəbərdarlığı

Temperatur düşəcək, yağış və dolu yağacaq… – Nazirlikdən hava xəbərdarlığı

Sabah Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə 4 dərəcəyədək enəcək.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki,  Azərbaycan rayonlarında iyulun 9-u axşamdan iyulun 12-si gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlədə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Tibbi meteoroloji proqnoza gəlincə, iyulun 9-da Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü və güclü xəzri küləyi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, havanın temeperaturun bir qədər enməsi müsbət amildir.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın