Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / “Televiziyalarımızdakı bayağılıq düşünülmüş siyasət təsiri bağışlayır”

“Televiziyalarımızdakı bayağılıq düşünülmüş siyasət təsiri bağışlayır”

Hər dəfə tənqid olunmalarına baxmayaraq efirlərimizi zəbt edən şou – biznes qəhrəmanları efir vasitəsi ilə istədikləri adamı öz tərbiyyələrinə məxsus şəkildə təhqir edərək, hədələyirlər. Maraqlı olan isə odur ki, müvafiq qurumlar bu rəzalətin qarşısını almaq üçün heç bir tədbir görmürlər.

Tanınmış televiziya tənqidçisi, BDU-nin professoru Qulu Məhərrəmli Moderator.az-a açıqlamasında belə adamların televiziyalarımızı zəbt etməsinin qarşısını almaq üçün televiziya rəhbərlərinin tədbir görmələrinin vacibliyini vurğuladı:

“O cəmiyyətdəki müğənnilər, şou adamları ekran qəhrəmanlarına çevrilir, orda yüksək əxlaq, davranış, dəyər ummaq yersiz olar. O cəmiyyətdə ki, ekranda elm, fikir, düşüncə adamları tamaşaçılara bilgi verir, onu formalaşdırır, onda cəmiyyətdə belə hadisələr fövqəladə olur. Psixoloji baxımdan son 15-20 ildə bizim televiziyalar mümkün olmayan, vaxtilə qəbul olunmayan zərərli düşüncə və davranış tərzini televiziyaların vasitəsi ilə beyinlərə yeridiblər. Bu gün artıq insanlarımız bu cür adamları cəmiyyətin qəhrəmanları hesab edirlər.

Niyə tədbir görülməməsi başqa məsələdir. Bu, bir tərəfdən düşünülmüş siyasət təsiri bağışlayır, yəni bu cür adamlar efirdə olsunlar, onlar pul gətirirlər, bunlara aşağı zövqlü insanlar baxır və sair. İkinicisi isə MTRŞ bu kanallara müəyyən tövsiyyələr verə bilər, ancaq bununla əsasən televiziya rəhbərləri, prodüserlər, rejissorlar və sair məşğul olmalıdır. Onlar da elə bir dalğada televiziyaya gəliblər ki, bundan başqa televiziya, mühit və format təsəvvür etmirlər. Ona görə də problemlərin hamısı burdan qaynaqlanır. Hesab edirəm ki, inzibati, qəti tədbir görülməsə, bu “xəmir” hələ çox su aparacaq”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …