Cümə , Yanvar 21 2022
Ana səhifə / Media / Televiziyalar ədəbsizlərin, mənəviyyatsızların yığıncağına çevrilib – VİDEO

Televiziyalar ədəbsizlərin, mənəviyyatsızların yığıncağına çevrilib – VİDEO

“Bütün Azərbaycan televiziyaları mənə qarşı koalisiya yaradıb, efirlərə buraxmırlar”.

Bunu Müsavat TV-nin canlı yayımında aparıcı Kamran Həsənli deyib.
Aparıcı televiziyalardakı vəziyyətin bərbad olduğunu bildirib:
“Televiziyalarımız “rəhmətə gedib”, çoxdan “ölüb”. Azərbaycanda sıfırdan televiziya yaratmaq qabiliyyətinə malik peşəkarlar var. Amma heç biri bu sahədə deyillər…
O vaxt mən “Space”ə təzə gələndə köhnə “oliqatr”lar birləşib əleyhimə məktublar yazırdılar.
Televiziyalarda qeyri-peşəkarların, ədəbsizlərin, mənəviyyatsızların böyük yığıncağı var. Onlar çalışırlar ki, peşəkarları sıxışdıraraq, öz rüşvət, korrupsiya işlərini görüb, 5-10 manatlarını qazana bilsinlər. Mənim apardığın “Sizim saat” verilişi ilk canlı efir olub. İndi televiziyaların vəziyyəti yaxşı deyil. Yalnız AzTV-dir ki, onun da 50 milyon büdcəsi var. Bizim yaratdığımız əvvəlki formatdan çıxıb, yeni format düşünə bilmirlər. Azərbaycan televiziyası sanki yad planetdir, baş verən bütün proseslərdən kənardadır. Ötən gün helikopter qəzası zamanı xarici kanallar həmin an bu hadisədən danışdı.
Amma bizim kanalları açıb baxırsanki, çalıb-oxuyurlar, oynayırlar…”.

Həmçinin oxuyun

Vüqar Səfərlinin cinayətlərində media rəhbərlərinin günahı var – Baş redaktor

“Son dövrlər müəyyən irəliləyişlər olsa da, Azərbaycan mətbuatı hələ öz funksiyasını tam yerinə yetirə bilmir. …