Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Media / Televiziya nazirliyi sərt tənqid etdi: “Özləri rahat kresloda oturub…” – Video

Televiziya nazirliyi sərt tənqid etdi: “Özləri rahat kresloda oturub…” – Video

Qubada fəaliyyət göstərən regional televiziya olan Qafqaz TV Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini sərt tənqid edib.

TV-nin “Sorğu çağı” verilişinin aparıcısı Əlövsət Sadıq proqrama tək çıxıb. Onun yanında isə boş stul olub. 

Aparıcı həmin stulda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yanında Dövlət Məşğulluq Xidmətinin  Quba Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinin icraçısı Mikayıl İbrahimovun əyləşməli olduğunu qeyd edib. Lakin qurumun Mətbuat katibi Əsmər Nəcməddin qızının qoyduğu qadağa səbəbindən verilişə gəlmədiyini qeyd edib.

Aparıcı monoloqunda nazirlikləri tənqid edib, onların mətbuat xidmətlərinin regional televiziyalara problemlər yaratdığını, açıqlamalar vermədiyini bildirib.

Həmin materialı təqdim edirik:

Həmçinin oxuyun

“Associated Press” azərbaycanlı məcburi köçkünlərin ağır taleyi haqda – FOTO

Məşhur “Associated Press News” agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə hazırlayıb. “Müharibə səbəbindən köçkün düşən …