Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Telekanalların reytinqi ölçüləcək – efir keyfiyyəti necə, yaxşılaşacaqmı?

Telekanalların reytinqi ölçüləcək – efir keyfiyyəti necə, yaxşılaşacaqmı?

Yaxın günlərdə Azərbaycanda televiziyaların reytinqini ölçmək üçün yaradılmış yeni şirkət ictimaiyyətə təqdim ediləcək. Bunu Audiovizual Şuranın sədri İsmət Səttarov deyib. “Bununla da uzun illərdən sonra Azərbaycanda reytinqlərin ölçülməsi ilə bağlı problem həllini tapacaq. Bu sahədə müasir texnologiyalardan istifadə olunacaq”, – deyə o qeyd edib.

Bakı Dövlət Universitetinin professoru, tanınmış jurnalist və media eksperti Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirdi ki, bütün dünyada televiziya məkanında reytinqin ölçülməsi təcrübəsi var: “Reytinq auditoriyanın hansı verilişlərə baxması, məzmun etibarilə cəmiyyətin maraqları, tamaşaçıları yönəltmək, ölkədə televiziya siyasətini istiqamətləndirmək və s. məqsədlərdən asılı olaraq ölçülür. Azərbaycanda təxminən 1990-cı illərin ortalarından reytinq ölçülür, lakin heç zaman obyektiv qiymətləndirilməyib. Hətta reytinq ölçən şirkətlərin birbaşa reklamçıların marağına işlədiyi aydın görünürdü. Çünki belə anlaşılırdı ki, Azərbaycan tamaşaçısı yalnız əyləncə proqramlarına baxır. Sanki ictimai-siyasi verilişlər, xəbərlər arxa planda qalırdı”.

Professor: “Azərbaycanın işğaldan azad edilmiş bölgəsində yeni proses  başlayıb” - 11.02.2021, Sputnik Azərbaycan

Qulu Məhərrəmli: “Önəmli olan proqramların məzmununun idarə olunmasıdır”

Media ekspertinin sözlərinə görə, YouTube-da ictimai müzakirə buraxılışlarına maraq artdıqca aydın olur ki, Azərbaycan tamaşaçısının zövqünü yalnız əyləncə proqramlarının çərçivəsinə salmaq mümkün deyil. “Auditoriya genişdir, zövqlər müxtəlifdir. Buna görə də reytinqlər dəqiq ölçülməlidir. Dəqiq metodologiya əsasında müasir dünya təcrübəsinə istinadən öyrənilməlidir. ABŞ-da reytinq ölçmə işi ilə ”Nielsen şirkəti” məşğul olur. Onların təqdim etdiyi statistika gerçək hesab olunur ki, onun əsasında televiziyalar öz siyasətlərini tənzimləyirlər. Azərbaycanda da Audiovizual Şura fəaliyyət göstərir. Hesab edirəm ki, dünya təcrübəsinə əsasən müəyyən texnologiyaları, mexanizmləri tətbiq etməyə çalışırlar. Ən önəmlisi auditoriyanın zövqünü və marağının gerçək mənzərəsini göstərməkdir”, – deyə o qeyd etdi.

Həmsöhbətimiz hesab edir ki, tətbiq olunacaq reytinq sistemi vasitəsilə buna nail olunacaqsa, buna müsbət yanaşacaq: “Əksinə, reklamlardan asılı situasiya yaranacaqsa, bu, təbii ki, təəssüf doğuracaq. İ. Səttarovun açıqlamasından obyektiv, dürüst və müasir reytinq ölçmə təcrübəsinə əsasən metodların tətbiq olunacağı aydın olur. Auditoriyanın öyrənilməsinin obyektivliyi əsas şərtdir. Qurğular neçə abonentin evində quraşdırılacaq? Dəyişdiriləcəkmi? Yoxsa sabit məkan olacaq? Bununla bağlı ictimaiyyətdə məlumat olsa, yaxşı olar. İstənilən halda obyektivliyin olması müsbət tendensiyadır ki, televiziyalar bundan bəhrələnə, verilişlərini koordinasiya edə, auditoriya ilə müəyyən əlaqə yarada bilərlər. Önəmli olan proqramların məzmununun idarə olunmasıdır. Kontentin idarə olunması təkcə, televiziyadan yox, auditoriyadan da asılıdır”.

Peşəkar qələm sahibləri, yazarlar vətənpərvərlik məsələsində aktiv  olmalıdırlar”

Vəfa İsgəndərova: “Reytinqin obyektivliyinə əmin ola bilmərik, çünki…”

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərovanın fikrincə, ilk növbədə hansı texnologiyaların istifadə olunacağına diqqət etmək lazımdır: “Reytinqin ölçülməsi, statistikanın müzakirə olunması, təhlillər əsasında nəticələr çıxarılması audiovizual materialların keyfiyyətinə təsir edə bilər, bir şərtlə ki, audiovizual şirkətlərin rəhbərləri öz kadr siyasətində dəyişiklik etsinlər. Reytinqin obyektivliyinə əmin ola bilmərik, çünki biz hansı üsullardan, metodlardan istifadə olunduğunu bilə bilmərik. Sorğular keçirilməli, auditoriyanın nümayəndələri, eyni zamanda media ekspertlərinin rəyi nəzərə alınmalıdır. Nəticələr audiovizual kampaniyalarda, materiallarda öz əksini tapmayacaqsa, bu yalnız kağız üzərində qalacaq. Əgər şirkətlərin kadr potensialı yüksək səviyyədə deyilsə, proqram siyasəti düzgün aparılmırsa, reytinqin ölçülməsi zamanı ən müasir texnologiyadan istifadə olunsa da, keyfiyyətə müsbət təsiri hiss edə bilmərik”.

Qeyd edək ki, bu günlərdə Xəzər” Media Mərkəzinin Baş direktoru Murad Dadaşov da reytinq məsələsinə diqqət çəkərək bildirib ki, televiziya rəqabətədözümlü olmalıdır, çünki indi pult tamaşaçının əlindədir və onun kanalı dəyişməyi üçün bir saniyə kifayətdir: “Yeni ildən biz artıq medianın yeni ölçü sisteminin işinin bəhrəsini görəcəyik. Əvvəlki reytinqlərin ölçü sisteminin fəaliyyəti ona gətirib çıxardı ki, biz tamaşaçımızı televiziyamızdan küsdürdük və televiziyalar o qədər də tələbkar olmayan tamaşaçı auditoriyasının ixtiyarında qaldı. İntellektual verilişlər arxa plana keçdi. Əslində bütün dünyada hazırda vəziyyət belədir. Televiziya bizə ənənəvi proqram verir, telefon sayəsində isə nəyə baxacağımızı özümüz müəyyənləşdiririk. Bu gün televiziyaların idarəçiləri üçün əsas məsələ həm reytinq, həm maarifləndirmə, həm də informasiyanı tamaşaçıya çatdırmaq arasında balansı tutmaqdır. Reytinqə qalsa, biz tamamilə başqa verilişlər göstərməliyik. Bizim sahənin coğrafi baxımdan çətinliyi odur ki, tamaşaçımız rusca, ingiliscə, türkcə verilişlərə baxa bilir. Bu səbəbdən də Azərbaycan televiziyaları reklam bazarını həm də burada itirir. Amma yerli kanalların istehsal etdiyi keyfiyyətli məhsul, proqramlar və seriallar yenə də baxılır. Reytinq monitorinqi olmadığı üçün bizə elə gəlir ki, Azərbaycanda radionu ancaq sürücülər dinləyirlər. Lakin bu, belə deyil. Biz bu gün nəinki radionu, həm də rəqəmsal platformaları nəzərə almalıyıq. Bütün bunlar hamısı informasiyanı auditoriyaya çatdırmaq üçündür. Bu gün tematik radioların olması çox vacibdir”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …