Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Media / Telekanallar niyə “batır”? – “Peşəkarlar ora ciddi iş yeri kimi baxmır”

Telekanallar niyə “batır”? – “Peşəkarlar ora ciddi iş yeri kimi baxmır”

“Qeyri-peşəkarlar meydanda daha çox görünür”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında teleaparıcı Turan İbrahimov deyib. Onun sözlərinə görə, televiziyalar əvvəlki qədər ictimai rəyə təsir etmək imkanına malik deyil:

“Televiziyalarda əvvəllər olduğu kimi indi də peşəkar kadrlar, jurnalistlər, reportyorlar, aparıcılar var. Təbii ki, bu baxımdan bunu da demək düzgün olar ki, hazırda qeyri-peşəkarlar daha çox meydandadırlar. Bunun da obyektiv və subyektiv səbəbləri var.

Ümumiyyətlə, televiziya əvvəlki qədər ictimai rəyə təsir etmək imkanına malik deyil. Populyarlığını günbəgün itirir. Bununla yanaşı televiziyaların gəlirləri getdikcə azalır. Çünki reklamın bazarı digital medianın xeyrinə dəyişir. Ənənəvi televiziyalara da reklam az verirlər və baxımlılıq az olduğuna görə, getdikcə gəlir azalır. Gəlir azaldığı üçün də yüksək məvaciblər yoxdur”.

Turan İbrahimov peşəkarların televiziyaya ciddi iş yeri kimi baxmadığını söyləyib:

“Peşəkarlar ona görə də artıq televiziya ciddi iş yeri kimi baxmırlar. Digər sahələrə yönəlirlər. Hazırda ən çox ulduzu parlayan digital mediadır. Yəni internet televiziyalarıdır. İnternet televiziyalarında həm söz azadığı var, həm də daha çox geniş vaxt imkanı var. Peşəkarlar öz istədiklərini auditoriyalarına çatdırırlar. Yaxın vaxtlarda internet televiziyalarının “Youtube” kanallarının inkişafını daha çox görəcəyik”.

T.İbrahimov televiziyaya vaxt sərf etməyə həvəsinin olmadığını qeyd edib:

“O ki, qaldı mənim qayıtmağıma, ənənəvi, özəl televiziyalardan təkliflər gəlir. Mənim üçün televiziya artıq maraqlı deyil. Hazırda əhval-ruhiyyəm elədir ki, televiziyaya vaxt sərf etməyə həvəsim yoxdur. Gələcəkdə necə olar, bilmirəm. Mənim üçün ciddi iş yeri deyil. İstər ənənəvi, istərsə də intenet televiziyaları”.

Həmçinin oxuyun

BMT: Dünyada jurnalistlərin təhlükəsizliyi aşağı düşüb

Birləşmiş Millətlər Təşkilatı dünyada jurnalistlərin təhlükəsizliyinin azaldığını açıqlayıb.  Təşkilat vəziyyətin günü-gündən daha təhlükəli xarakter aldığını …