Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Tarixin ən böyük haker hücumu gerçəkləşib: 500 milyondan çox adamın…

Tarixin ən böyük haker hücumu gerçəkləşib: 500 milyondan çox adamın…

Dünyada ən böyük otellər şəbəkəsi olan “Marriott İnternational”a qarşı tarixin ən böyük haker hücumu həyata keçirilib.

Belə ki, 2014-cü ildən, 2018-ci ilin sentyabr ayına qədər oteldə nə qədər insan qonaq olubsa, hamısının pasportlarının nömrəsi, adları və e-mail adresləri ələ keçirilib.

Şirkətdən verilən açıqlamaya görə, hakerlər şirkətin “Starwood” markasının məlumat bazasına qanunsuz giriş ediblər. Nəticədə 2014-cü ildən, 2018-ci ilin 10 sentyabrına qədər otelə gələn bütün qonaqların şəxsi məlumatlarını ələ keçirməyə nail olublar.

Ələ keçirilən bilgilər arasında olduqca gizli məlumatların da yer aldığı bildirilir. Bundan başqa, şirkətin verdiyi açıqlamaya görə, bilgiləri ələ keçirilən müştərilərin sayı 500 milyondan çoxdur.

hacker ile ilgili görsel sonucu

“Marriott İnternational”dan verilən açıqlamaya görə, baş vermiş hadisədə oteldə çalışanların da əlinin olduğu ortaya çıxıb. Lakin istintaq davam etdiyi üçün onların adları mediaya açıqlanmır.

Şirkətin yüksək səlahiyyətli şəxsi olan Arne Sorenson bildirib ki, bu cür olayın yaşanması şirkət rəhbərliyinə olduqca pis təsir edib: “Bütün zərər çəkən müştərilərimizdən üzr istəyirik. Onların hər birinə bildiririk ki, baş verən hadisə bizə gələcəkdə bu kimi səhvləri etməmək üçün böyük dərsdir”.

marriott international ile ilgili görsel sonucu

Xatırladaq ki, “Marriott İnternational” 2016-cı ildə “Starwood” şirkətini 12.2 milyon dollara alaraq, dünyanın ən böyük otel zəncirinin sahibi olub. (Musavat.com)

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …