Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Tarif Şurasının səlahiyyətləri azaldıldı – FƏRMAN

Tarif Şurasının səlahiyyətləri azaldıldı – FƏRMAN

“Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”də dəyişiklik edilib.

“Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzlayıb.

İndiyədək Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı idi.

Dəyişikliyə əsasən, bundan sonra Tarif (qiymət) Şurası Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın