Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Media / Tanışlıq saytları üçün şəkil çəkmək ən gəlirli peşə olub

Tanışlıq saytları üçün şəkil çəkmək ən gəlirli peşə olub

İnternet vasitəsilə özünə dost, sevgili tapmaq istəyənlərə yardımçı olan tanışlıq saytlarının yeni hiyləsi ortaya çıxıb.

Musavat.com dünya mediasına istinadən xəbər verir ki, tanışlıq saytlarında profil rəsmi olaraq istifadə etmək üçün özəl çəkilişlər etmək yeni bir sektor halına gəlir.

Şotlandiyanın Edinburq şəhərindəki botanika bağçasının bir köşəsində bir qadın həyəcanlı şəkildə fotoqrafa poza verir. Amma o, normal bir model deyil. 53 yaşındakı Roza internetdə dost tapmaq saytında profil üçün yaxşı çəkilmiş bir şəkildən istifadə etmək istəyir. Fotoqraf Raşel Spens isə bu mövzuda ixtisaslaşmış, internet üzərindəki dostluq saytlarına profil şəkli çəkir.

“Siz buraya gəlməzdən öncə mən bir az hazırlıq görüb, ən uyğun nöqtəni tapmağa çalışdım. Hobbi bağçalarını sevdiyinizi söyləmişdiniz, mən də bunu nəzərə alacam” deyir Spens. Roza isə gülərək ndiyədək profil şəklini oğlunun çəkdiyini, kresloda oturarkən yalqız və kədərli göründüyünü söyləyir. Xəbəriniz varmı, bir çox internet saytlarında qeydiyyatdan keçərək dost tapmağa çalışanların profil şəklini çəkmə işinin bazarı nə qədər geniş və sərfəlidir?

Aşkı arayan insanlar üzerinden para kazanmak

Rəqəmlər 2019-cu ildə İngiltərədə bu sektorun dəyərinin 225 milyon sterlinqə çatacağını göstərir. Amerikada isə ildə 3 milyarda dollara çatır. Araşdırmalar göstərir ki, bu cür saytlarda işin 90 faizini profil şəkli həll edir. O halda bu işin gedərək böyüyən mənfəətli bir sektor halına gəlməsi təəccüblü deyil.

Bu sahədə ilk peşəkar şirkəti qurduğunu iddia edən Saskia Nelson dörd il ərzində dörd ayrı şöbə açdığını deyir. “Bir dəyişiklik yaşanır. iPhone ilə çəkilən şəkillər, ya da bir tətildən qalma keçmiş şəkilləri profil şəkli olaraq istifadə etmək o qədər də xoş qarşılanmır. Bu cür saytlarda öncə sürətli şəkildə şəkillərə baxılır: keyfiyyətli şəkillər yüksək səviyyədə diqqət görür”.

Gözəllik və mükəmməllik simvolları ilə bombardmana tutduğumuz bir dövrdə bu sektor insanların xarici görünüşləri məsələsində hiss etdikləri özünə inamsızlıqdan sui-istifadə edir deyəsən.

Aşkı arayan insanlar üzerinden para kazanmak

Bir şəkil çəkimi üçün saatına 167 sterlinq pul almaq olduqca sərfəli bir işdir. Saskia Nelsona görə bu işə girməkdə məqsədləri pul deyil: “İnsanlara ən yaxşı şəkildə sevgini tapmaları üçün yardımçı olmaq istəyirik. Onları mümkün olan ən yaxşı şəkildə görüntüləmək istəyirik”.

Bəs bu professional fotoqraflar bunu edərək öz müştərilərinin potensial namizədlərini hansısa bir formada aldatmış olmurlarmı? Eamonn MakKabi adlı fotoqraf bunun incə bir cizgi olduğunu deyir: “Şəkilləri aydınladıb-qaraltma proseduru hər zaman etdiyimiz bir şeydir. Amma sallaq yanaqları şəkildə düzəltməyə çalışsanız, bu, doğru olmaz və uzun müddətdə bir faydası olacağını düşünmürəm”.

Həmçinin oxuyun

Almaniyanın məşhur kanalında Gəncəyə hücumla bağlı reportaj yayımlandı

Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb. …