Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Media / Tanınmış yazar cəlilabadlıları təhqir etdi – FOTOFAKT

Tanınmış yazar cəlilabadlıları təhqir etdi – FOTOFAKT

Yazıçı, şair Əsəd Qaraqaplan bu dəfə yenə cəlilabadlıları təhqir edib.

Azinforum.az  İnterpress.az-a istinadən xəbər verir ki, şeirlərindən daha çox təhqiramiz fikirləri ilə tanınan yazar Əsəd Qaraqaplan bu dəfə Cəlilabad sakinlərini sərt şəkildə təhqir edib.

Yazar Cəlilabad torpağının insan yetişdirə bilmədiyini vurğulayaraq, rayon əhalisini aşağılayıb.

“Bayaq rayondan şəhərə gələndə Cəlilabaddan keçirdik, cəlilabadlı şofer o yana-bu yana baxdı, əkinləri-filan süzdü və dedi:

– Cəlilabadın çox gözəl torpağı var də. Bax, hər şey yetişdirir də, amma bircə insan yetşidirə bilmir də…

Hamımız gülüşdük xeyli…”, – deyə Ə.Qaraqaplan bildirib.

Qeyd edək ki, Ə.Qaraqaplan bundan əvvəl də Cəlilabad sakinlərini təhqir etmişdi. O, bir müddət əvvəl Azərbaycanın Milli Qərhrəmanı Mübariz İbrahimovu da təhqir etmişdi. Yazıçı Mübariz İbrahimovu qəhrəman hesab etmədiyini vurğulamışdı.

Tanınmış yazar cəlilabadlıları təhqir etdi - FOTOFAKT
Tanınmış yazar cəlilabadlıları təhqir etdi - FOTOFAKT

Həmçinin oxuyun

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

14-15 may tarixlərində Gürcüstanın Batumi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 53-cü Hüquqi …