Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Media / Tanınmış jurnalistin vəziyyəti ağırlaşdı

Tanınmış jurnalistin vəziyyəti ağırlaşdı

Tanınmış jurnalist, Lent.az saytının əməkdaşı Səbuhi Məmmədlinin vəziyyəti pisləşib.

O, hazırda Respublika Klinik Xəstəxanasında müalicə alır.
S. Məmmədli şəkərli diabet və kəskin ürək çatışmazlığından əziyyət çəkir.

Həkimlər vəziyyətin ciddi olduğunu desələr də, problemi müalicə ilə aradan qaldıra biləcəklərinə əmindirlər.

Qeyd edək ki, dünən Lent.az-ın rəhbərliyi xəstəxanada S.Məmmədlinin həkimləri ilə görüşüb. Onların sözlərinə görə, bir sıra prosedurlar və ciddi nəzarətdən sonra jurnalist bu problemləri geridə qoya bilər. Bu gün onu daha bir tibb professoru müayinə edib. Özünün dediyinə görə, professor müalicə prosesindən daha ümidli danışıb.

Həmçinin oxuyun

Moldovanın aparıcı KİV-i Azərbaycan Prezidentinin fikirlərini geniş işıqlandırdı – FOTOLAR

Moldovanın nüfuzlu kütləvi informasiya vasitələrində Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta …