Ana səhifə / Media / Tanınmış jurnalistdən “Yeni Azərbaycan”a qarşı İDDİA – Məhkəmə başladı

Tanınmış jurnalistdən “Yeni Azərbaycan”a qarşı İDDİA – Məhkəmə başladı

Bu gün tanınmış jurnalist Qaşqay Ziyəddinoğlunun (Qaşqay Ziyəddin oğlu Ramazanov) Yeni Azərbaycan Partiyasının (YAP) təsisçisi olduğu “Yeni Azərbaycan” qəzetinə qarşı məhkəmə iddiası əsasında Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın sədrliyi ilə hazırlıq iclası keçirilib.

Bakupost.az –ın məlumatına görə, Qaşqay Ziyəddinoğlunun mediaya açıqlamasında qeyd olunur ki, məhkəmə iddiası jurnalistin qanunsuz olaraq işdən azad edilməsinə görə qaldırılıb və iddiaçı cavabdeh tərəfdən işə bərpa olunmasını, məcburi işburaxma dövrü üçün əməkhaqqının tam şəkildə ödənilməsini, habelə son 10 ay ərzində peşəkar fəaliyyətinə maneçilik törədildiyinə, işgüzar nüfuzuna xələl gətirildiyinə görə əlavə təzminat tələb edir.
Qeyd edək ki, Qaşqay Ziyəddinoğlunun “Yeni Azərbaycan” qəzetinə qarşı iddiası əsasında məhkəmə prosesinin növbəti iclası 10 noyabr 2022-ci il tarixində təyin olunub.

Həmçinin oxuyun

Mətbuat Şurası jurnalistlə vəkili barışdırmaq istəyir

Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə üzərindən tanınmış hüquqşünas Aslan İsmayılova müraciət edib. Rəşad …