Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Manşet / Tanınmış jurnalist xəstəxanaya yerləşdirilib

Tanınmış jurnalist xəstəxanaya yerləşdirilib

Bir neçə gündür Gəncədə fəaliyyət göstərən demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu Azinforum.az İnformasiya Portalının təsisçisi, “Bakı-Xəbər” qəzetinin əməkdaşı, tanınmış jurnalist Məhəmmədəli Qəriblinin ünvanına böhtan xarakterli, həqiqətə uyğun olmayan fikirlər səsləndirir. Bu fikirlər həm sözügedən sayt vasitəsi ilə, həm də sosial şəbəkələr üzərindən yayımlanır.

Dəfələrlə Məhəmmədəli Qəribli tutarlı arqumentlərlə qarşı tərəfi ifşa edib Osman Nərimanoğludan buna son qoymağı tələb etsə də, o buna əhəmiyyət verməyib. Əksinə, o, sosial şəbəkə üzərindən Məhəmmədəli  Qəriblinin ünvanına bir sıra təhqiramiz xarakterli ifadələr səsləndirib. Bütün bunların nəticəsində dünən Məhəmmədəli Qəribli stres keçirərək halı psləşib. İş yoldaşları təcili yardım gələnə qədər ona ilkin yardım göstərib. Vəziyyəti ağır olduğuna görə Məhəmmədəli Qəribli 5 saylı xəstaxanaya yerləşdirilib. Hal hazırda adıçəkilən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən jurnalistin vəziyyəti ağırdır.

Allah şəfa versin! 

Azinforum.az

   

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …