Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Media / Tanınmış jurnalist övladının müalicəsi üçün Mübariz Mənsimova müraciət ünvanladı – VİDEO

Tanınmış jurnalist övladının müalicəsi üçün Mübariz Mənsimova müraciət ünvanladı – VİDEO

ATV telekanalının tanınmış əməkdaşı Bəxtiyar Fətullayev ağır xəstəlikdən əziyyət çəkən 10 yaşlı oğlu Hüseynin müalicəsi üçün “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovdan kömək istəyib. 
Jurnalist özünün facebook hesabında oğlunun ağrı-acılar içində qıvrıldığı kadrları yerləşdirərək, xeyriyyəçiləri övladının xəstəliyinə biganə qalmamağa çağırıb. 
Həmin müraciəti olduğu kimi təqdim edirik: “Yorulmuşam, bütün cəhdlərimə baxmayaraq, müraciətimi lazım olan şəxslərə çatdıra bilmirəm. Elə indi də bu cümlələri xəcalət təri axıda-axıda yazıram. Hüseynin ah-nalə çəkdiyini görəndə, ürəyim sızlaya-sızlaya onu seyr etməkdən başqa əlimdən heç nə gəlmir.”. 
Qeyd edək ki, Bəxtiyar Fətullayevin övladının 10 yaşı var. Hüseynin beyin hüceyrələri doğuş zamanı həkim məsuliyyətsizliyi üzündən zədələnib. Başında dəyişilməyən ölçüdə kista var. Onun İsraildə onurğa-beyin əməliyyatı üçün isə azı 50 min dollar lazımdır. 
Jurnalist oğlunun müalicəsinə dəstək üçün dəfələrlə müraciətlər etsə də, lazımi nəticəni görməyib. 
Bank Respublika ASCKod: 508182 VOEN 9900001901M/h: AZ80NABZ01350100000000014944SWİFT: BRESAZ22ADI: BaxtiyarSOYADI: Bakhtiyar Fatullayev
İBAN: AZ17BRES 00380194400144786301 (AZN)AZ47BRES 00381197802444786302 (EUR)AZ80BRES 0038 1184002444786301 (USD)——————————————————————-MİLLİÖN terminalları üzrə:Bank Respublika ASCHesab nömrəsi (AZN): 380194400144786301Şəxsiyyət vəsiqəsi: 09372782Tel: 050 391 19 80077 471 41 81

Həmçinin oxuyun

Almaniyanın məşhur kanalında Gəncəyə hücumla bağlı reportaj yayımlandı

Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb. …