Çərşənbə , May 22 2019
Ana səhifə / Media / Tanınmış jurnalist intihar anonsu verdi – “Həyatın dibindəyəm, evim satılır”

Tanınmış jurnalist intihar anonsu verdi – “Həyatın dibindəyəm, evim satılır”

Bu günlərdə APA holdinqi tərk etmiş və hazırda işsiz olan tanınmış jurnalist Səbuhi Məmmədli intihar anonsu verib.

Azinforum.az xəbər verir ki, S.Məmmədli özünün facebook səfihəsində öz səhvi üzündən ciddi problemlər yaşadığını yazıb:

“Mən hər cür səhvlər etmişəm. Böyük qələtlər eləmişəm. Vüsalə Məmmədova kimi ülvi bir adamın adı mənim qələtlərim arasında hallanıb. Vüsalə Mahirqızına, hansı ki mənə altı il dözüb, yalan demişəm. Hətta öz oğluma, balaca Sədəfimə, canım Mışkalımə elə. Bunları niyə yazdım. Həyatın dibindəyəm. Burdan xilas yolu yoxdur. Öz axmaqlığımdan evim satılır. Borclarım var. Öz axmaqlığımdan hamıya problem yaratmışam. İntiharmı? Bəlkə də. Amma ona da gücüm çatmır. Axı yaşamaq istəyirəm”.

Həmçinin oxuyun

Əflatun Amaşov Fuad Abbasovun saxlanılmasına münasibət bildirib

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Moskvada jurnalist Fuad Abbasovun saxlanılmasına münasibət bildirib.“Report” xəbər verir …