Şənbə , Noyabr 28 2020
Ana səhifə / Media / Tanınmış jurnalist: “Erməninin tutulub döyülməsini qətiyyətlə pisləyirəm”

Tanınmış jurnalist: “Erməninin tutulub döyülməsini qətiyyətlə pisləyirəm”

Bir erməninin tutulub döyülməsini qətiyyətlə pisləyirəm. Niyə?

Çünki onların bizim həmvətənimizin döyməsini yalnız özümüz bildik, onlar isə bu faktı bütün dünyaya çatdıracağlar.

Və biz yenə də olacayıq onların təqdimatında varvar.

“Görürsünüz, bunlar vəhşidilər, biz necə bunlarla yaşaya bilərik” – belə olacaq ənənəvi piar.

Yoxdur bizim dünya mediasına güclü təsir mexanizmlərimiz, dərk etməliyik bunu. Yalnız son zamanlar Hikmət Haciyevin xarici KİV-lərə tutarlı müsahibələrini seyr edirik, bunları istisna etsək dişsiz görsənirik.

Bizə yalnız pul mənbəyi kimi baxırlar, reklam çərximizi efirə buraxmaq üçün növbəyə düzülürlər, həqiqəti çatdırmaq lazım olanda isə ən yaxşı halda susurlar.

Əşşi, uzağa getməyək, guya bizim strateji müttəfiqimiz hesab edilən Rusiyada hansı media bizim mövqeyimizi dəstəkləyir deyil, heç olmasa insanlara çatdırır?

Kəbabdan yeyib dənizə kəllə vurmaq imkanı olanda, hurrey edib tökülüşürlər bura, az qala ayağlarından öpürük.

Düz deyir Xəyyam Nisanov, Vətən yalnız günəşli və dadlı olanda yada düşməməlidir.

Rusiyanın hansı televiziya kanalında azacığ da olsa bizi eşidirlər?

Bəs hanı gəlib burada atduşi yeyib-içən, ad günlərini keçirən media təmsilçiləri? Niyə çıxmır səsləri?

Deyirlər ki, işiniz olmasın, onların bizə borcu yoxdur filan.

Var.

Onların o vaxt bizə borcları olmazdı ki, bu torpağda heç bir imtiyazlara sahib çıxmasaydılar.

Yoxsa ki, boğazımızdan kəsilən millionlar alıb “Hürkmə, buralardayam dva” kimi acınacağlı filmləri bizə sırıyanda, illərlə getdiyimiz çimərlikləri hasarlayıb özlərinə bağ tikəndə oluruq brat, amma onlara ehtiyacımız olanda susmağları ilə deyirlər ki, bizlik deyil.

Nətər olur belə?

Nə isə, çox şey demək olar, amma sözüm onda yox.

Biz tam dəqiqliklə anlamalıyıq ki, ermənilərlə xaricdə terror savaşında hal hazırda bizim heç bir şansımız yoxdur.

Ona görə ki, onların bütün dünyanı əhatə edən asala kimi terror qurumu var.

Tələt Paşanı qətlə yetirənlərin törəmələri yaxşı təşkilatlanıblar, mütəşəkkildilər, texniki və maddi cəhətdən imkanlıdırlar, dərhal istənilən əmri yerinə yetirməyə hazırdılar və s.

Odur ki, belə bir savaş başlasa (biz artıq onun ilkin mərhələsini görürük) biz böyük itkilərlə üzləşə bilərik.

Xeyir, bu, təslim çağırışı deyil, bu, reallığları nəzərə alıb hazırlıq işləri görmək çağırışıdır.

Bu məsələdə indiki zamanda bizim yeganə ümidimiz türklərdir. Onların yardımına, onların müdafiəsinə çox güclü ehtiyacımız var ki, təkləməsinlər bizi oralarda.

Türklərin təcrübəsi də var bu məsələdə, gizli şəbəkələri də, imkanları da.

Perspektivdə isə, biz də xaricdə təşkilatlanmış özünümüdafiə şəbəkələri yaratmalıyıq.

Bu savaş beş ilin, on ilin savaşı olmayacaq, bu, çooox çox uzağlara aparan savaşdır və bu savaşa hazırlaşmaq lazımdır.

Bilirsiniz, biz burada yazırıq, sonra bizə irad bildirirlər ki, əşşi, biz hər şeyi özümüz anlayırıq, sizə ehtiyac yoxdur, Ok, mən bu iradları qəbul edirəm.

Bu məsələlərlə məşqul olanlar bizdən daha çox məlumatlıdırlar, bizdən daha çox bilirlər və əlbəttə, onların bir strateji baxışları, müvafiq planları var və s.

Amma və lakin, biz deməliyik, səsimizi ucaltmalıyıq, yazmalıyıq ki, hökumət bu məsələdə bizim dəstəyimizi hiss etsin.

Kömək etmək istəyirik bacardığımız qədər, istəyirik ki, bizi oxuyan düşmənlər bilsinlər – savaş məsələsində biz bir millət olaraq vahidik, bölünmürük.

Görsünlər ki, xalq kəskin əks-addımlar atmağı tələb edir.

Bilirəm, biraz qarışıq oldu, amma nə edəsən, emosiyalar bürüyür adamı, odur ki, üzürlü sayın…

Azər Qəriboğlu

Həmçinin oxuyun

Azərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb. Qəzet 1993-cü ildən həftədə …