Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Media / Tanınmış jurnalist 25 il çalışdığı “Azərbaycan” qəzetini tərk etdi – “İnsanların həyatları, taleləri ilə oynayırlar…”

Tanınmış jurnalist 25 il çalışdığı “Azərbaycan” qəzetini tərk etdi – “İnsanların həyatları, taleləri ilə oynayırlar…”

Tanınmış jurnalist Elxan Qənbərli 25 il çalışdığı “Azərbaycan” qəzetini bu gün tərk edib.

Bu haqda o sosial şəbəkədəki səhifəsində belə yazıb: “Bu gündən işsizəm! 25 il fasiləsiz və sevə-sevə çalışdığım “Azərbaycan” qəzetindən mən də getməyə məcbur qaldım…”

Daha sonra işdən azadedilmə səbəblərini yazan E.Qənbərli bele deyib: “Şübhəsiz, səbəblər haqqında mütləq yazacağam. Özü də hər formatda, hər ünvana. İfşaedici faktlarla. Düşmənçilikdirsə – DÜŞMƏNÇİLİK!

“NİYƏ”-yə yığcam cavab verim: ədalətsiz, haqsız münasibətə, insanlara kölə, qul kimi də yox – əşya kimi yanaşılmasına, korporativ maraqlar naminə hər dəyəri, o cümlədən qanunları ayaqlar altına alan zümrənin ayaqlarına qapanmadığıma, insanların istismarına səssiz qala bilmədiyimə, mənəviyyatsız iddia və tələbləri ilə razılaşmadığıma görə.

İndi məni (öz aralarında) özlərinə məxsus idbar dil və üslubda qınayacaqlar da. Bəziləri elə zənn edir ki, dünya onların ətrafında fırlanır və ya bərqərar olub. Bu xülyada olanların aqibəti görk olmayır bu bəzilərinə…

Əlqərəz, böyük bir redaksiyada mütəşəkkil azlıq pərakəndə çoxluğu nəinki idarə, həm də vicdansızcasına istismar edir, həyatları, taleləri ilə oynayırlar. Bundan hətta həzz alırlar. Çoxluq isə İNLƏYİR, zara gəlib, boğaza yığılıb! Fərqində deyillərsə, bilsinlər – bütün redaksiya onlara nifrət edir!

Azlığın hökmranlığı ilə bağlı fikirin “maya” hissəsi elə o (iki ünsürdən ibarət) azlığın birinə məxsusdur. İstismar texnologiyalarını yaxşı əxz ediblər. Heyvanı hisslərin əsiridirlər. Gözləri də doymur. Bir əlləri ilə bal yeyəndə, o biri əlləri ilə “yetim”in ağzından quru çörəyi qapıb gəmirirlər.
Susmaq fikrində deyiləm. İtrirəcəyimi itirdim, itirə biləcəklərimi də gözardına alıb mübarizə aparacam. İfşa edəcəm bu azlığı. İşimi əlimdən alıblar, ağlımı, qələmimi, şərəf və ləyaqətimi ala bilməyiblər, bilməyəcəklər də!”(gununsesi.info)

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …