“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatlarınin tərkib hissəsi kimi Mətbuat xidməti ləğv edilərək, əvəzində Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.
Azinforum.az-ın Modern.az-a istinadən məlumatına görə, artıq yeni yaradılan şöbəyə təyinat olub.
Vəzifəyə jurnalist Mübariz Aslanov gətirilib. M.Aslabov bu gündən vəzifəsinin icrasına başlayıb.
AzTV-nin baş redaktoru Azər Qismət Modern.az-a faktı təsdiqləyib.
Qeyd edək ki, M.Aslanov uzun müddət APA və Report-da fəaliyyət göstərib.
Həmçinin oxuyun
Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“
Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …