Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Tanınmış agentlikdə dəyişiklik –Cavid İsmayıl APA TV-nin direktoru oldu

Tanınmış agentlikdə dəyişiklik –Cavid İsmayıl APA TV-nin direktoru oldu

APA Holding” MMC Direktorlar Şurasının iclası keçirilib.

Azinforum.az APA-ya istinadla xəbər verir ki, Direktorlar Şurasının sədri Nurşən Quliyev gündəlik barədə məlumat verib. Bildirib ki, iclasda “APA Holding” MMC-nin birinci yarım il üzrə maliyyə hesabatı dinləniləcək, bundan başqa, Direktorlar Şurasının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılacaq.

Şirkətin birinci yarım il üçün maliyyə hesabatı barədə “APA Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı məlumat verib. Direktorlar Şurasının üzvləri müzakirələrdən sonra hesabatı qənaətbəxş sayaraq, qəbul ediblər.

Növbəti məsələ barədə məlumat verən Nurşən Quliyev APA TV-nin direktoru Vüqar Hüseynovun öz ərizəsi ilə işdən ayrıldığını, bu səbəbdən onun APA TV-nin direktoru vəzifəsindən azad edilməsi və Direktorlar Şurasının üzvlüyündən çıxarılması məsələsinə baxılmalı olduğunu bildirib.

Müzakirələrdən sonra Vüqar Hüseynovun APA TV-nin direktoru vəzifəsindən azad olunması və Direktorlar Şurasının üzvlüyündən çıxarılması təsdiqlənib.

N. Quliyev şirkət prezidenti tərəfindən APA TV-nin direktoru vəzifəsinə Cavid İsmayılın namizədliyinin irəli sürüldüyünü diqqətə çatdırıb.

Direktorlar Şurasının üzvləri C. İsmayılın APA TV-in direktoru təyin olunmasının lehinə səs veriblər.

Bundan başqa, C. İsmayılın və “APA-Economics”in redaktoru Musa Əhmədovun Direktorlar Şurasının üzvlüyünə qəbul edilməsi məsələsinə də baxılıb.

Hər iki şəxs yekdilliklə Direktorlar Şurasının üzvlüyünə qəbul edilib.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …