Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Tamella Arzumanyan: “Bakıya gəlməyimizə kömək edin”

Tamella Arzumanyan: “Bakıya gəlməyimizə kömək edin”

“Mən, Tamella Arzumanyan, öz adımdan və ailəm adından Azərbaycan Respublikasının hakimiyyətindən xahiş edirəm ki, bizə Ermənistanda hökm sürən ümumi qanunsuzluqdan və təqiblərdən qurtarmağa kömək etsin. Biz təqiblərin qurbanın çevrilmişik və yeddi ildir ki, təzyiqlərə məruz qalırıq”.

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın məlumatına görə, ictimai fəal Tamella Arzumanyanın Yerevandan göndərdiyi video-müraciətində belə deyilir.

Xatırladaq ki, bir neçə gün əvvəl əslən Azərbaycandan olan, Qarabağ münaqişəsinin başlanğıcından sonra Ermənistana köçən və hazırda Yerevanda yaşayan ictimai fəal Tamella Arzumanyan Ermənistanın hakimiyyətini kəskin ittiham edərək mövcud rejimin onun vətəndaş hüquqlarını pozduğunu bildirmiş və beynəlxalq ictimaiyyətə böyük rezonansa səbəb olmuş müraciətlə çıxış etmişdi. Həmin müraciətdən sonra T.Arzumanyan və onun ailə üzvləri Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən yeni təzyiqə məruz qalıblar.

T.Arzumanyan yenidən beynəlxalq təşkilatlardan vəziyyətə müdaxilə etmələrini və onları düşdükləri çıxılmaz vəziyyətdən qurtarmalarını xahiş edir: “Beynəlxalq hüquq müdafiə təşkilatları vasitəsi ilə bizə Bakıya qədər təhlükəsiz çatmağa və təhlükəsizliyimizin təmin olumasına kömək göstərməyinizi xahiş edirəm. Ermənistanın qeyri-qanuni hakimiyyəti bizə siyasi təzyiq göstərməkdə davam edir”.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın