Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Talassemiyalı xəstələrin sayı azalıb

Talassemiyalı xəstələrin sayı azalıb

Azərbaycanda ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış talassemiyalı xəstələrin sayı azalıb.

Səhiyyə Nzirliyindən verilən məlumata görə, ötən il 213 nəfər xəstə qeydiyyata alınıb. 2014-cü ildə isə 530 nəfər xəstə qeydiyyta alınmışdı. Ötən il müalicə-profilaktika müəssisələrində 2593 talassemiyalı xəstə qeydiyyata alınıb ki, onlardan da 1691-i 17 yaşadək uşaqlardır.

Rəsmi məlumatlara görə, hazırda hər 12 nəfərdən biri talassemiya daşıyıcısıdır. Daşıyıcılar praktiki sağlam sayılırlar, onların adətən heç bir şikayəti olmur. Hazırda Azərbaycanda daşıyıcıların tezliyi 8 faizdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə ailə qurmaq istəyənlər məcburi tibbi müayinədən keçirilirlər. Virtualaz.org

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın