Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Media / Taksilərə qarşı cəriməsiz reyd keçirildi – VİDEO

Taksilərə qarşı cəriməsiz reyd keçirildi – VİDEO

Qanunsuz taksi fəaliyyəti göstərənlərə qarşı növbəti reyd keçirilib.
ARB TV xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol polisi ilə birgə apardığı reyddə sürücülər cərimələnməyib. Aidiyyatı qurumların məqsədi onları “fərqlənmə nişanı” almaları barədə maarifləndirmək olub.
Reyd paytaxtın Nizami rayonunda Qara Qarayev prospektində qanunsuz taksi fəaliyyətilə məşğul olanlara qarşı keçirilib.
Sürücülərə Bakıda yalnız 79 pasportlaşdıran dayanacaqda gözləməyin qanuni olduğu bildirilsə də, qarşı tərəf bununla razılaşmayıb. Aidiyyatı qurumlar qanunsuz taksi fəaliyyətilə məşğul olanların şikayətlərini dinləyib və əmin edib: metro stansiyaları, alış-veriş mərkəzləri, əhalinin sıx toplaşdığı digər ərazilərdə dayanacaqların quraşdırılması üzərində iş aparılır. İndi iki tərəfin də öhdəliyinə iş düşür. Taksi fəaliyyətilə məşğul olan sürücülər 18 manat dövlət rüsumu ödəyib “fərqlənmə nişanı” almalı, Bakı Nəqliyyat Agentliyi isə paytaxt ərazisində taksi dayanacaqlarının sayının artırılması işini sürətləndirməlidir.

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …

Bir cavab yazın