Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Tahir Kərimov hasara aldı, Sevindik Hətəmov sökdürdü – FOTO

Tahir Kərimov hasara aldı, Sevindik Hətəmov sökdürdü – FOTO

Salyan rayonunda 1941-1945-ci il müharibəsində həlak olmuş salyanlıların xatirəsinə inşa olunmuş abidə kompleksi ətrafındakı hasar sökülüb.
Bu barədə rayon sakinləri məlumat yayıb.
Həmin abidə keçmiş icra başçısı Tahir Kərimovun dövründə hasara alınmışdı. İddiaya görə, abidənin divarlar arxasına salınmasında məqsəd ərazisindəki yolkalılıq sahəsinin satılması olub. Yeni başçı isə həmin ərazinin əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı göstəriş verib.
Qeyd edək ki, prezident İlham Əliyevin bu ilin martın 4-də imzaladığı sərəncamla Tahir Kərimov vəzifəsindən azad olunub. Onun yerinə Sevindik Hətəmov təyin edilib. Moderator.az
tahir

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın