Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Təzə paltar alarkən diqqətli olun – Video

Təzə paltar alarkən diqqətli olun – Video

Əksəriyyətimiz mağazadan yeni aldığımız paltarların təmiz, səliqəli olduğunu düşünürük və adətən geyinib istifadə etdikdən sonra yuyuruq. Əslində isə bu paltarların təzəliyinə aldanmaq olmaz.

“ Azinfoeum.az ” xezerxeber-ə istinadən xəbər verir ki, bununla bağlı son araşdırma Kolumbiya Universiteti Tibb Mərkəzinin dermatoloqları tərəfindən aparılıb. Nəticəni nəzərdən keçirən alimlər təzə paltarı evə gətirən kimi dərhal yumağı tövsiyə edir.

Çünki gözəl şux rəngləri və ütülü görkəmini saxlaması üçün paltarlara müəyyən kimyəvi vasitələr vurulur. Bu isə dəri və allergik xəstəliklərə səbəb ola bilər. Xüsusilə də formaldegid qətranı deyilən və təzə paltarlarda olan büküşləri açmaq və kifdən qoruyan maddə…

Bundan əlavə ekspertlər xəbərdarlıq edir ki, dükanlarda satılan paltarlarda bakteriyalar, mikroblar və hətta həşəratlar və onların yumurtaları da ola bilər.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın