Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Tələbələrin stipendiyası nə vaxt veriləcək? – VİDEO

Tələbələrin stipendiyası nə vaxt veriləcək? – VİDEO

Ötən aydan etibarən dövlət üniversitetlərində təhsil alan tələbələrə təqaüdlərin verilməsində yubanmalar yaşanır. Tələbələr təqaüdlərini gecikmələrlə alırlar.

Tələbələrin bir qismi fevral ayının təqaüdünü almadığını bildirir. Amma bəziləri bir ay gecikmə ilə də olsa fevralın təqaüdünü aldıqlarını deyirlər.

Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Mayis Piriyevin verdiyi məlumata görə, təqaüd xərclərinin ali məktəblərin hesabına köçürülməsi aprelin 5-də tam başa çatdırılıb.

Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov da sözügedən problemin qısa zamanda həll olunacağını bildirdi.

Səbəbindən asılı olmayaraq yubanan təqaüdlərin hesablarına yatırılacağı günü tələbələr səbirsizliklə gözləyirlər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın