Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Təhsil Nazirliyi 900-dən çox təhsil sənədini tanımayıb

Təhsil Nazirliyi 900-dən çox təhsil sənədini tanımayıb

Təshil Nazirliyinə ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması məqsədi ilə ötən il 2 958 müraciət daxil olub.

“Report” xəbər verir ki, bu, Azərbaycan Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Hesabatda qeyd olunub ki, 2015-ci ildən qalan müraciətlər da daxil olmaqla, ümumilikdə 1 828 təhsil sənədi müsbət, 930 təhsil sənədi isə mənfi cavablandırılıb.

Keçən il İqtisadiyyat Nazirliyi 47 təhsil müəssisəsinin (30 məktəbəqədər, 7 ümumtəhsil, 2 ilk peşə-ixtisas, 3 orta ixtisas, 2 ali təhsil və 3 əlavə təhsil müəssisəsi) fəaliyyətinə lisenziya verilməsi ilə bağlı rəy bildirilməsi üçün Təhsil Nazirliyinə müraciət edib.
Təhsil Nazirliyinin müvafiq ekspert qrupları İqtisadiyyat Nazirliyinin nümayəndəsi ilə birlikdə müəssisələrə baxış keçirib. Ekspert qrupları 34 təhsil müəssisəsi (20 məktəbəqədər, 7 ümumtəhsil, 1 ilk peşə-ixtisas, 1 orta ixtisas, 4 ali və 1 əlavə təhsil müəssisəsi) haqqında müsbət, 13 təhsil müəssisəsi (9 məktəbəqədər, 2 orta ixtisas, 1 ilk peşə-ixtisas və 1 əlavə təhsil müəssisəsi) haqqında isə mənfi rəy hazırlanıb və İqtisadiyyat Nazirliyinə göndərilib.

Qeyd edək ki, hesabat Milli Məclisin martın ayının 17-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın