Bazar , Yanvar 24 2021
Ana səhifə / Media / “Təzə bulvar”da acınacaqlı mənzərə – FOTOLAR

“Təzə bulvar”da acınacaqlı mənzərə – FOTOLAR

Dövlət əhalinin pulsuz idmanla məşğul olmasına şərait yaratsa da, ərazidəki idman alətləri yararsız hala düşüb

Paytaxtın “Təzə bulvar” deyilən ərazisində, açıq havada əhaliyə pulsuz idmanla məşğul olmaq üçün şərait yaradılması təqdirəlayiqdir. Amma bununla belə, son günlər əraziyə gələn sakinlərin narazılıqları eşidilməyə başlayıb. İnsanlar bəzi alətlərin uzun zamandır yararsız halda olduğunu, Bulvar İdarəsinin həmin alətləri nə təmir etdiyini, nə də yenisi ilə əvəzlədiyini bildirirlər.

s2

Sakinlər ümid edir ki, ərazidəki xarab trenajorlar qısa müddətdə təmir ediləcək Bu barədə Sputnik-in əməkdaşı ilə söhbət aparan, Bayıl qəsəbə sakini Kərim Əliyev, xarab olan alətlərin tez zamanda düzələcəyinə ümidvar olduqlarını deyib: “Dövlətin “Təzə bulvar” ərazisində belə bir meydançanı inşa etməsini alqışlayırıq. Artıq uzun zamandır ki, bura gəlib-gedirik. Sağlam olmaq və formada qalmaq üçün yaxşıdır. Lakin təəssüf ki, bəzi alətlər artıq sıradan çıxıb”. “Xeyli müddət keçməsinə baxmayaraq, Bulvar İdarəsi nə yenisini gətirir, nə də onları təmir edir. Sizin bu mövzunu işıqlandırmağınızdan sonra ümid edirik ki, bir iş görüləcək”, — K.Əliyev bildirib. Sözügedən meydançaya tək kişilər yox, qadınlar və uşaqlar da üz tuturlar. Nəvələri ilə hər gün bu meydançaya gəlib idman elədiklərini deyən paytaxt sakini Zemfira Orucova, xarab olan idman alətlərinin günahını, bu alətlərdən düzgün istifadə etməyənlərin üzərinə atıb.

s3

Bəzi şəhər sakinlərinin trenajorlarla səliqəsiz davranışı idman alətləri belə yararsız vəziyyətə salır “Mən özüm də rayon adamıyam. Və qətiyyən rayon insanını alçaltmaq fikrim yoxdur. Ətrafdakı yeni tikililərdə işləyən rayondan gələn cavan oğlanlar var. Onlar da hər axşam işdən sonra bura gəlirlər. Gəlmələrinə bir şey demirəm. Amma neçə dəfə müşahidə etmişəm ki, alətlərdən olduqca kobud istifadə edirlər. Yaxşı olar ki, Bulvar İdarəsinin nəzarətçiləri arada bura da nəzarət etsinlər”, — xanım sakin bildirib. Mövzu ilə bağlı Dövlət Bulvar İdarəsindən Sputnik-ə bildirilib ki, xarab olan idman alətləri tezliklə təmir olunacaq. (Sputnik.az)

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın