Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Media / Təxribatçı türk teleaparıcıya qarşı istintaq başlanıldı

Təxribatçı türk teleaparıcıya qarşı istintaq başlanıldı

Türkiyədə İstanbul prokurorluğu Akit TV telekanalının aparıcısı Əhmət Keserə qarşı istintaq başlayıb.Buna səbəb aparıcının Türkiyə hakimiyyəti düşmənləri barədə təxribatçı ifadələr işlətməsi olub. Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf partiyası rəhbərinin müavini Mahir Ünal açıqlama verib
Keser bundan əvvəl Akit TV efirində Suriyanın Afrin bölgəsində Türkiyə SQ apardığı əməliyyatda dinc sakinlərin öldürülməsi ilə bağlı xəbəri şərh edən zaman  “Biz Afrində dinc sakinləri öldürəsi olsaydıq birinci növbədə Cihangir, Etiler, Nişantaşdan, həmçinin xainlərin olduğu parlamentdən başlayardıq” ifadəsini işlədib. İstanbulun adıçəkilən rayonlarda yaşayan sakinlər arasında müxalifyönlü ziyalı türklər üstünlük təşkil edir.
Bu bəyanat Türkiyədə rezonans doğurub. Müxalifət nümayəndələri bunun yolverilməz olduğunu bildirərək, araşdırmanın aparılmasını tələb edib.
“Bu yolverilməz və izahı olmayan bir bəyanatdır. Həmin şəxsə qarşı İstanbul prokurorluğu istintaqa başlayıb, həmin bəyanat açıq aşkar təxribatdır. Ona ayrı insan qruplarını hədəfə almağa kim ixtiyar verib?” –deyə Ünal NTV telekanalının efirində bildirib.(Oxu.Az )

Həmçinin oxuyun

Zəngilanın işğaldan azad olunması xəbərini sevinc göz yaşları ilə təqdim etdi – Video

Azərbaycanlı teleaparıcı Zəngilanın işğaldan azad olunması xəbərini verərkən sevinc göz yaşlarına hakim ola bilməyib. Həmin …